"O, qələt edir, başını daşa döyür" - Afət təhqir edən meyxanaçını HƏDƏLƏDİ

"O, qələt edir, başını daşa döyür" - Afət təhqir edən meyxanaçını HƏDƏLƏDİMeyxanaçı Aqşin Fatehin "5/5"də müğənnilər barədə işlətdiyi "85-90 faizi evlərini, yeməklərini, bağlarını, maşınlarını qoyub ortalığa reklam edir. Nə acı, nə hamiləni, nə kasıbı, nə aşağı səviyyədə yaşayan insanları nəzərə almır ki, mən özümü bu gün göstərirəm, kimsə baxar deyər ki, bəxtəvər bunun başına. Elə pozğun müğənnilər də var ki, onların lüks maşınları, evləri, geyimləri, şəraitlərini görən körpələr deyirlər ki, deməli, mən bu maşını sürmək üçün, bu evdə yaşamaq üçün onun kimi olmalıyam. Yəni, çoxları baxır onlara ibrət götürür" ifadələri böyük narazılığa səbəb olub.

Aqşinin bu ifadələri Afət Fərmanqızının kəskin reaksiyasına səbəb olub.

Xanım ifaçı onun dediklərini "meyxanaçıların adına ləkə" adlandırıb:

"Əvvəla, hər gün efirlərdə seriallara baxırıq. Orada elə evlər, elə yeməklər, elə maşınlar göstərilir ki, heç onlar bizim müğənnilərdə yoxdur. Onda onlar da göstərilməsin. O adını çəkdiyiniz bəyin əgər "duxu" çatırsa, onlara irad bildirsin. Belə replika atır ki, bu gün reklam olunsun. Bu, kişiyə yaraşan reklam deyil.

Verilişdədir, desin də "Bu kanallarda niyə göstərirsiniz bu serilları?" Ad çəksin də! Yox, müğənninin adını çəkib deyirsə, deməli, bu adam bu gün özünə reklam axtarır ki, biz bunu müzakirə edək və bunu gündəmə gətirək. Yaxşı oğlan belə söz deməz. İkincisi, oğru elə bilir hamı oğrudur, əxlaqsız elə bilir hamı əxlaqsızdır. Mən 20 ilə yaxındır el şənliklərindəyəm. Mən toy "sezonunda" heç Azərbaycanda tapılmıram, bütün günü Rusiyada oluram. Necə yəni, mən 20 ilə yaxındır oxuyuram, mənim bir maşınım, bir-iki evim ola bilməz? Bu evlər 10 milyonluq evlər deyil ki, deyəsən, "Ay aman, bu, nə ev, bu, haradan belə...?"

Olur, bəzən müğənnilərə ev də hədiyyə ediblər. Bu, bizim karifeylərin dövründə də olubdur. Bizim karifeylərimizə ziynət əşyaları veriblər. O vaxtı, sadəcə, sosial şəbəkələr yox idi deyə, biz o məlumatları ala bilmirdik. Amma onları bilən həmin sənətçilərin dostları bugünkü gün orada-burada danışırlar ki, filankəsə filan "qastrol"da bunu verdilər. Həqiqətən, belədir! Necə yəni, onda onlara da nəyinsə müqabilində... Lap nəyinsə müqabilində verilib. Oxuyuruq da bu gün, filan gənc müğənniyə villa hədiyyə etdilər. Mən niyə paxıllıq etməliyəm. O, ona layiqdir. Biri var, üzr istəyirəm, o gedib namusun sata. Bəli, o əxlaqsızlıqdır. Bu insan hansısa bir bəylə ailə qurur, bəy də ona bu evi verir, maşını verir, mahnı alır, klip çəkdirir də! Niyə mən buna paxıllıq etməliyəm? Onun qisməti odur. Mənim də qismətim zülmlə gedib səhərdən-axşama kablokun üstündə canlı oxumaq, ortada bir fonoqram oxuyanda da qoymurlar ki, canlı oxu. Ay onu deyən oğlan, şəxsən bunu mən deyirəm... O deyirsə e, əxlaqsıza bunu verirlər, Allaha and olsun, onlardan sənə də versələr, mən şübhəm yoxdur, sən də götürərsən onu. Sən də elə onun tayısan. Mən özümü onun dediyi 90 faiz müğənniyə yox, orada yerdə qalan 10 faizə şamil edirəm. O, məni nəzərdə tutub deyə bilməz. Ümumiyyətlə, bu, kişi söhbəti deyil. Bu oğlanın danışdığı meyxanaçıların adına ləkədir. Getsin kişi-kişi ilə çəkişsin. Məni onunla debat edin, gəlim ona sual verim ki, "Sibel Canın milyardı var və yaxud Azərbaycanda yerli kanallarda seriallarda villalar göstərirlər. O, istəyir reklam olunsun. O seriallarda mənim maşınımdan bahalı maşınlar da var, bizim evlərimizdən bahalı evlər də var. Özü də adi adamlarda. Onda bu xalqı nəzərə almayıb verirlər o serialı? Səhərdən-axşama kimi verilişlərdə yemək bişirirlər. Nə oldu, Afət, Gülbəniz, Aybəniz yemək bişirəndə bunun yadına düşdü bu məsələ? Bəs efirlərdə səhərdən-axşama bizim evlərimizdə olmayan yeməklər göstərirlər. Bunu deyən oğlan niyə onlara irad bildirmir? Müğənni göstərməlidir. Biz bunu bilərəkdən etmirik. Mən deputat deyiləm ki, gedim siyasətdən danışım. Mən müğənniyəm, şou-biznes nümayəndəsiyəm, şou göstərməliyəm. Siz televiziya aparıcısısınız, mənə sual verirsiniz ki, "Maşınınız varmı?", niyə gizlətməliyəm? Kiminsə cibinə girib, haqqına girib pulunu almışam ki?! Öz halal zəhmətimlə almışam. Məndən soruşur hansı marka, deyirəm filan şey. Bunun nəyi "risovkalıq"dır? Sən də mənim qədər işlə... Mən 4 gündür, çəkdiyim videolarla bunu sübut edərəm, 4 gecədir studiyada 12-dən səhər 6-ya, gönortaya vaxt olmayıb. Məcbur mən evimi, balamı buraxıb getmişəm studiyaya, rayondan musiqiçləri gətirtmişəm. 4 gecəni səhərə kimi studiyada mahnılar yazdırmışıq. Onu danışan oğlan hansı haqla bizim maşınımıza, evimizə dil uzadır? Mən 4 gecədir yatmıram. Yatmamaqdan gözlərim şişib. Bu dəqiqə hamının evi də var, yeməyə çörəyi də var. Kim acdırsa, tənbəldir. Mən də gedirəm 6 saat fəhləliyimi edirəm, camaatın balasının toyunu oxuyuram. Mənim də qonorarım budur! Bu adam bizdən nə istəyir? Bundan sonra bizim oğlumuza, qızımıza hansı gözlə baxacaqlar? Onun bu açıqlamasını saytınızdan oxuyanda hiddətləndim.

Hələ "Hər şey daxil"də bir dəfə Ələkbər də demişdi ki, "Nəsimi qəzəl yazdı dərisini soydular. Sonra da Afət oxudu. O da böyük səhv edib, bilmədiyi şey barədə danışıb. Getsin qələtin eləsin, özündən danışsın. Kişidirlər, getsinlər kişi işləri ilə məşğul olsunlar. Arvadların "şotuna" qabağa getmək istəməsinlər. Getsinlər bizim o Kərimdən, Ağamirzədən örnək götürsünlər. Gəlib o arvada, bu arvada söz atıb qabağa getmək istəməsinlər, ayıbdır! Gündəm yaratmaq istəyirlərsə, mənim özümlə əlaqə saxlasınlar! Aqşin o açıqlamanı edərkən məni nəzərdə tutubsa, qələt edir, başını daşa döyür!"

milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3407   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021