Niyamın "çör-çöp" qalmaqalına münsiflər də qoşuldu

Niyamın "çör-çöp" qalmaqalına münsiflər də qoşulduMüğənni Niyam Salaminin "Yenu ulduz" ifaçılarını "çör-çöp" adlandırması ətrafında qalmaqal səngimək bilmir.

Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə yarışmada münsif kürsüsündə oturan Xalq artisti Mübariz Tağıyev və "Soy" prodakşının və layihənin rəhbəri Oqtay Əliyev məsələyə fikir bildirib.

O.Əliyev açıqlamasında "Yeni ulduz" iştirakçılarının Azərbaycan estradasındakı rolundan bəhs edib:

"Onun sözlərinin iki mənası var: əgər Niyam bunu qara, pis, atmaca, sancma fikri ilə desəydi, münasibət başqa olardı. Niyam burada bənzətmə edib. Əslində, şou-biznesi, insanları əşyaya bənzətmək düz deyil. Yenə də ümid edirəm ki, onun çörək kəsdiyi, münasibəti olduğu insanlara qarşı fikri pis olmayıb.

Amma həmin o, "çör-çöp"lər Azərbaycan estrada janrında öz sözünü demiş, dünya səhnələrini fəth etmiş gənclərdir. Safura, Aysel, Çingiz, İlhamə, Elvin, Azad Şabanov və başqaları tanınır. Bunların heç biri küncdə, bucaqda, səviyyəsiz, mənasız mahnılar oxuyub, çıxıb onla-bunla qalmaqal edənlər deyil. Onlar qısa vaxt da olsa, bir məktəb keçdilər. Həmin ifaçılar bu məktəbin əlaçı tələbələridir.

Hamımız da ümidvarıq gələcək onların əlindədir. Dedikləri "çör-çöp"lər Azərbaycan estradasında balaca da olsa, imza qoyacaqlar".

M.Tağıyev isə Niyam adlı bir müğənni tanımadığını deyib:

"O, kimdir? Tanımıram... "Çör-çöp" sözünə gəldikdə isə... Onlar məktəb keçiblər, mötəbər müsabiqələrə qatılıblar. Nələr etdiklərini hamı bilir. Kiməsə "çör-çöp" deməzdən əvvəl, həmin müğənni özü gedib nəsə etsin, tanınsın, yadda qalsın. Bu cür insanların sözlərinə fikir vermək lazım deyil".

Qeyd edək ki, Niyamın "çör-çöp" ifadəsinə müğənnilər İlhamə Qasımova, Aygün İsmayılova, Elvin Abdullayev, Aysel Əlizadə fikir bildirib, etiraz etmişdi. N.Salami isə onları özlərini reklam etməkdə günahlandırmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2541   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib. Bu barədə onun vəkili məlumat yayıb. Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib. Belmondo "Qızıl palm

6 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021