"Həkim sistemi taxıb çay içməyə getdi, nəvəm keçindi..." - Xəstəxanada ölən 7 aylıq körpənin nənəsi

"Həkim sistemi taxıb çay içməyə getdi, nəvəm keçindi..." - Xəstəxanada ölən 7 aylıq körpənin nənəsiMayın 20-də A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında ölən 7 aylıq Ayla Abdullayevin ailəsi Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirib.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, nənəsi aksiya zamanı bildirib ki, Ayla yaxşı yemirdi, həm də nəcisi isə göy idi:

"Ona görə də uşağı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında Ramin həkimin yanına gətirdim. O, bizi analizə göndərdi. Dövlət xəstəxanasında bütün müayinələri pullu etdirmişik. Ramin müayinələrin sonunda bildiridi ki, uşağın ciddi probelemi yoxdur. Bizi infeksion şöbəsindən həkim Mətanət Rzayevanın yanına göndərdi. Uşağa sistem yazdılar. Həkimlər sistemi taxıb çay içməyə gedirlər. Sistem zamanı uşağın qolundan qan gəlir. Mətanət qanı görən ki, xadimələrə tapşırır ki, tez yataq dəstini yuyun, qanı heç kim görməsin. Ordakı bütün ədyalları yuduzdururlar. Gəlinə tapşırırlar ki, qaynana və anana demə, yoxsa qırğın düşəcək. Ayla sistemdən 2 gün sonra dünyasını dəyişir. Ayla ölən günü yenə sistem qoyuldu. Sistem zamanı nəvəmin rəngi göyərdi. Mən hay-haray salandan sonra tibb bacıları dedilər ki, uşaq keçinib. Baş həkimin yanına gələndə bizə rüşvət təklif edirlər ki, səsinizi çıxartmayın, ekspertizaya da göndərməyin. Uşaq onsuz da ölüb, yarıb ikinci əziyyəti verməyin. Mən uşağın meyitini götürüb nazirin qəbuluna gələndə heç kim bizi içəri buraxmadı. Təssəvvür edirsiniz xəstəxanada xadimələr sistem vurur, xəstəxanada nə temperatur ölçən, nə də lazım olan dərmanlar yox idi. Hər şeyi özümüzə aldırdılar".

Qeyd edək ki, sonda Abdullayevlər ailəsi prezidentə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək körpənin ölümünə səbəb olan həkimlərin cəzalandırılmasını istəyib.

Məsələ ilə bağlı BiG.AZ A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxananın həkimi Eldar Rəhimov bildirib ki, 7 aylıq Ayla Abdullayevin meyiti ekspertiza üçün morqa göndərilib: "Hazırda iş prokurorluqdadır. Bu barədə öncədən bir söz demək çətindir. Uşaq mayın 13-ü mədə-bağırsaq pozulması diaqnozu ilə xəstəxanaya gətirilib. Mayın 20-si isə dünyasını dəyişib. Həkimlər Ramin və Mətanət Rzayeva hazırda iş başındadır. Baş həkimin valideynlərə rüşvət təklif etməsi doğru deyil. Valideynləri də anlayıram. Çünki övladları dünyasını dəyişib. Ekspertizanın nəticəsi olmadan bir söz deyə bilmərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1803   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel