Azad Rəhimov: Mxitaryana görə F-16 gətizdirək?-SENSASİON AÇIQLAMA

Azad Rəhimov: Mxitaryana görə F-16 gətizdirək?-SENSASİON AÇIQLAMAAzərbaycan Bakıda olacağı müddətdə "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir.

Bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov CNN-ə verdiyi müsahibədə danışıb.

Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.

"Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik axı?", - deyə nazir bildirib.

A.Rəhimov Mxitaryanın Bakıya gələcəyi təqdirdə təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi "Arsenal" futbol klubuna göndərildiyini diqqətə çatdırıb.

"Azərbaycan hökumətinin, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosasiyası və təhlükəsizliyə cavab verən bütün dövlət orqanlarının adından zəmanət məktubu göndərmişəm", - deyə nazir əlavə edib.

O, həmçinin, qeyd edib ki, Mxitaryana şəxsən təhlükəsizliklə bağlı zəmanətlərin çatdırılması üçün onun Azərbaycan səfirliyi ilə əlaqə yaratması təklif edilsə də, futbolçu müraciət etməyib.

Bakıya gəlmək istəyən digər erməni əsilli futbol azarkeşlərinə gəlincə, nazir Azərbaycanın heç vaxt azarkeşlərin ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakına əngəl yaratmadığını dilə gətirib.

"Erməni əsilli istənilən şəxs Azərbaycana viza almaq üçün sorğu göndərə bilər", - deyə o əlavə edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bundan əvvəl "Arsenal" klubu erməni futbolçu Henrix Mxitaryanı "Çelsi"yə qarşı matça Bakıya gətirməyəcəyini bəyan edib.

"Biz Mxitaryanla bağlı bütün variantları nəzərdən keçirmişik, onunla və ailəsi ilə danışıqlar aparmışıq. Keçirilən görüşdən sonra qərar aldıq ki, o, final oyununda oynamayacaq. Biz artıq bu barədə UEFA-nı da məlumatlandırmışıq", - deyə saytda dərc olunan bəyanatda deyilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1348   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel