"Babam Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­yib", - DTX rəisi Mədət Quliyev

"Babam Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­yib", - DTX rəisi Mədət Quliyev"Mən də burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­yib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin­dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində çalışıb. Gəncənin, Xanla­rın, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gən­cədə o, saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi bura­da durduğum və yaxud kimsənin durduğu yerdə onu orada qətlə yetiriblər, həyatını dəyişib".

Sonxeber.az-ın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi"nin açılışında deyib.

O bildirib ki, 1988-1993-cü illərdə Azər­baycanda bu 30-40-cı illərin fəlakətləri təkrarlanıb: "Biz bura gələndə fikirləşə bilərdik ki, bu 30-cu illərdə, 40-cı illər oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabır­çılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvan­da yaşadı. Paytaxtı biz Hey­dər Əliyevsiz gördük, o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabır­çılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq is­təyən əlinə tapança alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Ar­tıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi".

DTX rəisi deyib ki, belə bir an Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoy­du, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu: "Bu gün ba­nisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azər­bay­canı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik, amma biz reallıq­da yerləşdiyimiz qonşu dövlətlərlə özümüzü müqayisə etməliyik, biz onlardan qat-qat üstünük. Azərbaycanın hər cürə təminatı və ən əsası da odur ki, bizim Ulu Öndər tərəfindən böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezi­dentimiz İlham Əliyev cənab­ları Azərbaycana müdrikliklə, peşəkar­lıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu ki­mi layihələr Azər­bay­cana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq. Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezi­dentimizə minnətdar olmalıyıq. Xalqımız bu gün bu gördüyümüz və yaşadığımız tarixin təkrar olun­maması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və canımızdan da lazım olsa keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik".

(ona)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1126   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021