Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır

Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdırArtıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti ilə bağlı planlarını da qurmağa başlayıb.

Planlar isə daha çox qiymətlərə, dəniz və ya təbiət turizmi seçiminə görə dəyişə bilir.

Son illər azərbaycanlılar istirahət üçün daha çox xaricə üz tutsalar da, əksinə əcnəbilər ölkəmizə daha çox gəlməyə başlayıblar. Onlar daha çox bölgələrdə təbiət turizminə üstünlük verirlər. Yerli əhali bölgələrdə turizm obyektlərində qiymətlərindən yüksək olmasından şikayətlənsə də, elə yerlərdə istirahət edənlərin sayı heç də az deyil.

Millət vəkili Naqif Həmzəyev adətən istirahətini Azərbaycanın dilbər guşələrində keçirməyə üstünlük verdiyini bildirib və digər insanlara da istirahət üçün ayırdığı vəsaiti Azərbaycanda xərcləməyi tövsiyə edib: "İstirahət üçün xərclədiyimiz pulun xaricə çıxmasının qarşısını almalıyıq. Bununla da ölkədaxili turizmə dəstək olarıq".

Deputat Aydın Mirzəzadə də bir qayda olaraq Azərbaycanda istirahət etdiyini söyləyib: "Əslində deputat üçün istirahət anlayışı yoxdur. Telefonlarımız daima açıqdır. Media nümayəndələri və vətəndaşlar daima zəng edirlər. Böyük ehtimalla Bakıda olacağam. Arada ailəmlə birlikdə rayonlara da səfər edəcəyik".

Aqil Abbas isə Azərbaycanı onsuz da gəzdiyini, imkanı olarsa, Türkiyəyə getməyi düşündüyünü deyib. Deputat Oranı maşınla qarış-qarış gəzmək istədiyini bildirib.

Millət vəkili Azər Badamov hər turizm mərkəzinin özünə uyğun təqdim etdiyi xidmətlər olduğunu qiymətlərin də hamını qane edəcək səviyyədə olduğunu söyləyib: "Bir neçə ildir ki, istirahətimi Azərbaycanda keçirirəm. Çünki Azərbaycanda istirahət üçün çox gözəl şərait yaradılıb. Gözəl hotellər tikilib, istirahət zonası salınıb. Mənim təmsil etdiyim Qusar da turizm bölgəsidir. Belə gözəl təbiətə malik yeri qoyub harasa istirahətə getməyi düzgün saymıram. Mən də yayı öz rayonumuzda keçirəcəyəm".

Gövhər Baxşəliyeva isə Bakıda bağ evində istirahət edəcəyini deyib.

Tahir Rzayev də Azərbaycan olacağını vurğulayıb, lakin hələlik hansı bölgədə olacağını dəqiqləşdirməyib.

Millət vəkili Elman Məmmədov Bakıda və Goranboyda istirahət etməyi xaricə getməkdən üstün tutub: "Elə insanlar var ki, Azərbaycanımızın heç 30 faizini də tanımır. Ölkəmizi gəzmək, tanımaq, şəfalı yerlərində gəzmək xaricə getməkdən daha üstündür".

Zaqatala-Balakən bölgəsindən parlamentə deputat seçilən Kamilə Əliyeva isə ailəsi ilə birlikdə daha öncə heç olmadığı rayonlara səfər edəcəyini deyib: "Azərbaycanda hər bir şəraiti olan turizm məkanlarımız var. Həm maddi, həm də təhlükəsizlik baxımından Azərbaycanda istirahət etməyin öz üstünlüyü var".

BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1324   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel