Problemli krediti olan şəxslər, DİQQƏT! - 2 gündən sonra...

Problemli krediti olan şəxslər, DİQQƏT! - 2 gündən sonra...Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır.

Prosesin başa çatmasına baxmayaraq, vətəndaşları narahat edən bir sıra mövzular var.

İqtisadçı Vüqar Bayramov qaranlıq qalan bütün mövzulara münasibət bildirib:

- Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?

- Kompensasiya almaq hüququ olan, amma fərqli, o cümlədən, texniki səbəblərdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər. Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onun hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaşımız may ayında kompensasiya ala bilməsə də, ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. Bu baxımdan may ayında kompensasiya ala bilməyənlər, amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək.

- Problemli kreditlərin restrukturizasiyası nə üçün yubanır?

- Kompensasiyaların sürətli verilməsinə rəğmən, problemli kreditlərin restrukturizasiyası prosesi nisbətən gec başlayıb. 600 mindən artıq vətəndaşımızın kompensasiya hüququ yaranıb və 300 minədək vətəndaşlarımızın problemli kreditlərin restrukturizasiya olunacaq. Bu baxımdan birinci mərhələdə diqqət kompensasiyaların verilməsinə yönəldildi və gələn aydan etibarən problemli kreditlərin restrukturizasiyası daha intensiv həyata keçiriləcək. Bu baxımdan krediti restrukturizasiyası olunacaq, amma hələ də bu güzəştdən istifadə edə bilməyənlər gələn aydan etibarən güzəştli kredit şərtləri əldə edəcəklər.

- Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi?

- Fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur. Həm Mülki Məcəllənin 477-ci maddəsinə, həm də yeni mexanizmə görə, kredit şərtləri dəyişdirildikdə zaminlik hüququna xitam verilir. Bu isə o deməkdir ki, bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. Sadəcə bura bir məqam var ki, bank yeni kredit müqaviləsində köhnə zaminin qalmasını istəyərsə və zamin bundan imtina edərsə o zaman bank restruktrizasiya müqaviləsi bağlamaya bilər. Bu halda problemi kredit mövcud şərtləri ilə davam edəcək. Buna görə də, yeni müqavilədə zamin olmaması və ya yeni zaminlə anlaşma imzalanması üçün bankın razılığına ehtiyac var. Amma əgər, zamin olduğunuz kredit müqaviləsi artıq restruktrizasiya olunubsa və zaminlə əlaqə saxlanılmayıbsa bu halda həmin zaminliyə xitam verilmiş hesab olunur.

- Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında formalaşdırılan Apellyasiya Komissiyasına müraciətlərə nə zaman cavab veriləcək?

- Qaydalara əsasən, apellyasiya müraciətlərinə 30 iş günü ərzində cavab verilməlidir. Bu isə təxminən 1 ay yarımdan çox zaman alır. Bu baxımdan, müraciətdən sonra iş günlərinin sayını hesablamaqla komissiyanın nə zaman müraciəti cavablandıracağını müəyyənləşdirmək olar.

- Bu ay kompensasiyaların verilməsi başa çatır. Apellyasiya Komissiyasının müsbət cavab verdiyi müraciətlər üzrə vəsait ödənişi necə həyata keçiriləcək?

- Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq, Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir. Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar.

- Apellyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər?

- Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər. Məhkəmə vətəndaşımızın xeyirinə qərar qəbul etdiyi və bütüt inistansiyalar keçildiyi halda həmin şəxsə kompensasya ödəniləcək.

- May ayında kompensasiyaların verilməsi bitir və əsas məbləği 10 min dollardan çox olan kreditlərə kompensasiya ödənilə bilərmi?

- Bildiyiniz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mart ayında əsas məbləği 10 min dollardan çox olan kreditlərə differensial olaraq kompensasiyanın verilməsi barədə təkliflərini hökumətə təqdim edib. Yəni, biz 10 min dollardan çox olan kreditlərin ilk 10 min dollarına kompensasiyanın hesablanmasının tərəfdarıyıq. Məsələn, vətəndaşın 12 min dollar krediti olub və indiki qaydalara əsasən o, kompensasiyadan yararlana bilmir. Biz təklif edirik ki, həmin kredit xəttinin 10 min dollarına kompensasiya hesablansın. Bu ay kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq bizim təkliflər qəbul olunarsa və rəsmi qərar olarsa o halda 10 min dollardan artıq kreditlərə kompensasiya ödənilə bilər. Belə ki, proses ilin sonunadək davam edəcək. Buna görə də, rəsmi qərar olarsa, bu halda ilin sonunadək istənilən zaman bu kompensasiyaların ödənilməsi mümkündür.

Qeyd edək ki, belə qərar qəbul ediləcəyi halda böyük maliyyə yükü yaranmır və büdcənin mövcud imkanları ilə bunu etmək mümkündür. Buna görə də, ümid etmək istərdik ki, bu təklifimiz də qəbul olunacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4996   Tarix: 29 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Əməkhaqqı artımı qiymətlərə təsir edəcək?

2023 cü ilin ilkin məlumatlarına əsasən, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11.2 faiz artaraq 933 manat 80 qəpik təşkil edib. Bəs əməkhaqqı artımı qiymətlərə təsir edə bilərmi?. xəbər verir ki, bununla bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib. O bildirib ki, bu göstəric

8 fevral
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək?

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistik

4 fevral
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları dəyişib

Bu ildən Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişikliklərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamə və hesabatların, onların əlavələrinin formalarına, tərtib edilməsi Qaydalarına müvafiq dəyişiklikləri təsdiq edib. Bu barədə "Report"

3 fevral
.

77 yaşlı Valeh Ələsgərov vəzifəsindən gedir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" 2018-ci ilin sentyabrında imzaladığı Fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməs

31 yanvar