UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)

UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması başa çatdı. 

BAKU.WS xəbər verir ki, fnal görüşündə Londonun "Çelsi" komandası "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib. 

Nominal ev sahibinin "Çelsi"nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

"Arsenal" klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edir. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında ikinci hissənin əvvəlində - matçın 49-cu dəqiqəsində "Çelsi" komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0. 

Fransalı forvard bu qol sayəsində turnirdə vurduğu qolların sayını 11-ə çatdıraraq bombardirlər siyahısında birinciliyini qoruyub.

Matçın 60-cı dəqiqəsində "Arsenal"ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.

İspaniyalı hücumçu bu qələbə sayəsində UEFA Avropa Liqasının cari mövsümündə meydana çıxdığı 14 oyunda vurduğu qolların sayını 5-ə çatdırıb.

REKLAM

adviad.com

Daha ətraflı

"Çelsi" komandası 65-ci dəqiqədə üçüncü topu "Arsenal"ın qapısından keçirərək hesab arasındakı fərqi daha da artırıb.

Hakim Enzli Meytlend-Naylzın Oluvye Jiruya qarşı kobud oyununa görə "topçular"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Eden Hazard "Çelsi"nin üçüncü topunu "Arsenal"ın qapısından keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra "Arsenal" vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1.

Amma "Çelsi" – "Arsenal" görüşünün 72-ci dəqiqəsində hesab yenidən dəyişib.

"Çelsi"nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

"Arsenal" bir neçə dəfə hesab arasında fərqi azaltmğa yaxın olsa da, yaranmış fürsətləri dəyərləndirə bilməyib. Beləliklə Bakı finalının qalibi "Çelsi" oldu.

Xatırladaq ki, "Çelsi" isə 2012-2013-cü il mövsümündə də UEFA Avropa Liqasının qalibi adını qazanıb.

"Çelsi" komandası 65-ci dəqiqədə üçüncü topu "Arsenal"ın qapısından keçirərək hesab arasındakı fərqi daha da artırıb.

Hakim Enzli Meytlend-Naylzın Oluvye Jiruya qarşı kobud oyununa görə "topçular"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Eden Hazard "Çelsi"nin üçüncü topunu "Arsenal"ın qapısından keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra "Arsenal" vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1.

Amma "Çelsi" – "Arsenal" görüşünün 72-ci dəqiqəsində hesab yenidən dəyişib.

"Çelsi"nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

"Arsenal" bir neçə dəfə hesab arasında fərqi azaltmğa yaxın olsa da, yaranmış fürsətləri dəyərləndirə bilməyib. Beləliklə Bakı finalının qalibi "Çelsi" oldu.

Xatırladaq ki, "Çelsi" isə 2012-2013-cü il mövsümündə də UEFA Avropa Liqasının qalibi adını qazanıb
UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1 (FOTO)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2321   Tarix: 30 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

İki nəfərin qatili ömürlük həbs cəzasından narazıdır

Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyev barəsində olan ömürlük həbs cəzasından narazıdır. -ın xəbərinə görə, o, məhkəmə hökmündən apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır. İttihama görə, ötən ilin aprelin 26-da Tərtərin Ədalə

11 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021