Bakıdan Madridə - iki finalın fərqli mənzərəsi

Bakıdan Madridə - iki finalın fərqli mənzərəsi"Fransalı sabiq hücumçu onları daha mədəni olmağa çağırıb"

Avropanın bir nömrəli klub turniri olan UEFA Çempionlar Liqasının final oyunu başlamamışdan öncə təşkilatçılıq baxımından bir sıra çatışmazlıqlar üzə çıxıb.

İspaniyanın paytaxtı Madriddəki final ərəfəsində İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları bir sıra çətinliklərlə rastlaşıb.

Bütün dünyada xuliqanlıq hərəkətləri ilə ad çıxaran ingilis azarkeşlərin törətdikləri iğtişaşların və onların iştirakı ilə baş verən kütləvi davaların əksəriyyəti futbol ictimaiyyətinə bəllidir. Lakin bu dəfə diqqət mərkəzində ingilislərdən çox təşkilatçılardır.

Ölkənin digər aparıcı klubu "Mançester Yunayted"in əfsanəvi futbolçusu Erik Kantona hər iki klubun azarkeşlərinə barları, kafeləri bir kənara qoyub vaxtlarını səmərəli keçirməyi tövsiyə edib. Fransalı sabiq hücumçu onları daha mədəni olmağa çağırıb.

Azarkeşlər şəhərdə nəqliyyat, komminikasiya vasitələrinin normal işləməməsindən, qonaqlar üçün lazımı şəraitin olmamasından, hətta ictimai tualetlərin çatışmazlığından şikayətlənirlər. Polis gecə məkanlarının birində vaxtlarını keçirən "Tottenhem" fanatlarını saxlayıb. Saxlamamışdan öncə onlara hücum edib və döyüblər. Polis hansısa fanatı hər hansı bir hərəkətə görə saxlaya bilər, lakin dünyanın digər ölkələrində olduğunu kimi İspaniyada da güc strukturu əməkdaşlarının həmin şəxsləri döymək hüququ yoxdur. Onların döyülmələri bir problem, ölkələrinə qayıtmaq üçün bilet tapa bilməmələri isə başqa ciddi problemdir.

Təzyiqə məruz qalanlar isə mətbuata açıqlamalarında səbəbsiz yerə döyüldüklərini və bunun anidən baş verdiyini bildiriblər.

İspanlar hər iki komandanın finala çıxmağından maddi məqsədlərlə də istifadə etmək istəyiblər. İspaniya polisi Çempionlar Liqasının finalı üçün 2000 saxta məhsul satmaq istəyən 6 şəxsi həbs etdiyini açıqlayıb.

Rəsmi satış məntəqəsindən sadəcə bir neçə metr uzaqlıqda bilet satan üç nəfər saxlanılıb. Təsəvvür edin, Çempionlar Liqası kimi nüfuzlu klub turniri üçün saxta bilet alan azarkeşlər var. "Qara-bazar" vasitəsilə pul qazanmaq istəyənlər təkcə 21 ədəd saxta bilet müqabilində 3 min funt sterlinq alıblar. Hətta UEFA-da saxta biletlərin satışına görə hər iki klubun azarkeşlərinə xəbərdarlıq edib. Bunu həyata keçirənlərlə bağlı müəyyən tədbirlərin də görüləcəyi bildirilib.

"Liverpul"un avtobusu oyunun keçiriləcəyi "Vanda Metropolitano" stadionunda tunelə ilişib. Nə qədər gülməli səslənsə də, Mersisayd təmsilçisi yarım saat tuneldə qalıb.

Halbuki İngiltərə mətbuatı Bakıda "Çelsi" və "Arsenal" komandalarının final oyunundan öncə bəzi əsassız məlumat yaymış, Bakının uzaq olmasını, komandalara biletlərin az verilməsi və digər məntiqi olmayan məsələləri bəhanə kimi istifadə edərək finala kölgə salmağa çalışmışdılar. Lakin bunların heç biri doğru çıxmadı. Fərq isə bu oldu ki, Bakıdakı finalda Madriddə yaşananların heç biri baş vermədi, ingilislər ölkədə döyülmədi, onların istirahətinə mane olunmadı. İngilis azarkeşlərin təhlükəsizliyi üçün bütün tədbirlər görüldü. Yəqin ki, ingilislər baş verən bütün bu hadisələrdən sonra Bakını Madriddən daha çox sevəcəklər...//report.az
Bakıdan Madridə - iki finalın fərqli mənzərəsi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1992   Tarix: 02 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çempionlar Liqası üçün təhlükə: İŞİD terror törətməklə hədələyir

İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir. -in xəbərinə görə, bu barədə "Marca" nəşri yazır. Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizli

9 aprel
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

7 aprel
.

Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım

Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım. "Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüş

7 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

Haalandın təzminat məbləği AÇIQLANDI

İngiltərə çempionu "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haalandın müqaviləsindəki təzminat məbləği 175 milyon avrodur.  xarici mediaya istinadla bildirir ki, onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm Erlinq Haaland 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsulda

11 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel
.

"Qalatasaray" - "Fənərbağça" derbisində 90 ildən sonra ilk yaşandı

1909-cu il yanvarın 17-də "Papazın Çayırı" adlanan yerdə "Qalatasaray"ın 2-0 qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə dünən bir ilk yaşanıb. "NTV Spor"a istinadən xəbər verir ki, 50-ci saniyədə "Fənərbağça"nın qapısına qol vuran Mauro İkardi qarşılaşmad

8 aprel