Çox onlayn olmaq kasıblıq vərdişi imiş - Mütəxəssislər izah edir

Çox onlayn olmaq kasıblıq vərdişi imiş - Mütəxəssislər izah edirDünya yenə varlılara və kasıblara ayrılıb.

Amma tamam başqa əlamətə görə. İndi onlayn və oflayn olmaq sosial statusu müəyyənləşdirir.

Sonxeber.az Bizimyol.info-ya xəbər verir ki, indi internetdə onlayn xidmətlərdən çox istifadə, sosial şəbəkələrdə, messencerlərdə çox vaxt keçirmək kasıblıq əlaməti sayılmağa başlayıb. Əksinə, bundan mümkün qədər uzaq qaçmaq varlılara xas xüsusiyyət kimi xarakterizə olunur.

Məsələn, dünya musiqi ulduzu Elton Con virtual aləmi heç sevmir. Ona heç elektron məktub yazmaq da mümkün deyil. Nə sözünüz varsa, xidmətçilər çatdıra bilər.

Conni Deppin nə mobil telefonu var, nə də sosial şəbəkə hesabı. Onun kimi xeyli məşhuru smartfonlar bezdirib. Məşhurlar günlərlə texnologiyanın təsir dairəsindən kənarda qalmağı özünə dərd etmir.

Mütəxəssislər deyir ki, varlılara yalnız təbii şeylər lazımdır. Bunun üçün hətta xərcə düşməyə də hazırdırlar.

"Arqumentı i Faktı" qəzetinə danışan tarix elmləri namizədi Olqa Çetverikovanın fikrincə, texnoloji cihazlar indi insanları idarə etmək üçün yaxşı vasitəyə çevrilib. Qacetləri kasıb adamlar icad etməyib. Böyük bir kütləni nəzarətdə saxlamaq üçün bundan yaxşı vasitə ola bilməzdi. Texnoloji qurğular indi harada olduğumuzu, nə düşündüyümüzü, hətta nə yediyimizi müəyyənləşdirir.

Qərbdə şirkət rəhbərləri uşaqlarını elə məktəblərdə oxudur ki, orada qacetlərdən istifadə minimum səviyyədədir. Həmin təhsil ocaqlarında internetdən bizim qədər istifadə etmirlər. Hətta lövhədə misalları da təbaşirlə yazırlar. Bütün gününü smartfonda keçirən adamlar heç də həmişə ağıllı olmur. Araşdırmalar göstərir ki, hətta xarici dilləri də yaxşı mənimsəmirlər.

Bu fikirlərlə razılaşmayanlar da var. "Arqumentı i Faktı"ya açıqlama verən "Cognitive Technologies" şirkətlər qrupunun prezidenti Olqa Uskova deyir ki, onlayn xidmətlərdən çox istifadə edən neçə-neçə milyonçu, milyarder tanıyır: "Ənənəvi təhsil dünyada köhnəlmiş sayılır. İnternetdəki informasiya kafedrada danışan professorun dediklərindən daha yeni olur. Əlbəttə, canlı ünsiyyət vacibdir. Amma insan məlumat toplamaq fikrindədirsə, bunu onlayn da edəcək, oflayn da".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1078   Tarix: 06 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24 mart
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24 mart
.

Alimlər əzbərləməyin ən asan yolunu tapdılar

ABŞ-ın Çikaqoda şəhərindəki Şimal-Qərb Universitetinin amerikalı psixoloqları insan yaddaşının həm şüurlu, həm də şüursuz mexanizmlərini tədqiq ediblər. Onlar belə nəticəyə gəliblər ki, ikinci növ daha çox məlumatı yadda saxlamaq üçün vacibdir. Tədqiqat "Proceedings of the National Academy of Sciences"

17 mart
.

Albert Eynşteyn və Marqarita Konenkova: dahinin Sovet casusu ilə sevgi romanı

20-ci əsrin ən məşhur alimi təkcə elmlə deyil, həm də ürək məsələləri ilə maraqlanırdı. Bu qeyri-adi insanın sevgi hekayələrindən biri casus romanının süjetinə toxuna bilər. xarici KİV-ə istinadla xəbər verir ki, dünya Albert Eynşteynin görkəmli sovet heykəltəraşı Sergey Konenkovun həyat yoldaşı Marqarit

24 mart
.

Azərbaycanda ŞOK: 17 milyona nömrə satılır

Azərbaycanda fantastik qiymətə mobil nömrə satılır. xəbər verir ki, yerli saytların birində yerləşdirilən elanda mobil operatorlardan birinə məxsus nömrənin satış qiyməti fiziki şəxslər üçün 1 milyon 700 min manat təşkil edib. Məlumatda bildirilib ki, bu nömrə hüquqi şəxslər üçün 17 milyon manatdır

16 mart
.

Dünyanın ən yaxşı və pis qoxusu

Dünya müxtəlif növ iylərlə doludur. Qoxular hər yerdə var: mətbəxdə, işdə və hətta münasibətlərdə. Qoxular xoşagələn və iyrənc olaraq iki hissəyə bölünür. Birincilərə aromatlar, ikincilərə isə üfunət qoxusu deyilir. Bəs dünyada ən xoş ətir nədir?. xarici KİV-ə istinadən xəbər verir ki, İsveç və Britaniy

16 mart
.

"Zelyonka" və yod ləkələrindən QURTULMAĞIN SADƏ YOLLARI

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə, bunu daha sürətli və daha effektiv etməyə kömək edəcək bir neçə sübut edilmiş üsu

23 mart
.

Marsı piyada gəzmək nə qədər vaxt aparacaq?

Marsa ilk ayaq basan insanlar çox güman ki, yaxın bir neçə onillik ərzində olacaq. Və ilk insanlar planetin səthinin yalnız kiçik bir hissəsini araşdırmaq imkanı əldə edəcəklər. xarci KİV-ə istinadən bildirir ki, bununla belə, bəzi ekspertlər bir insanın bütün Mars ətrafında gəzməsinin və səyahətin

24 mart
.

Nikah pozularkən əmlak bölgüsü tələb etməyənlər illər sonra iddia qaldıra bilər, yoxsa yox? - AÇIQLAMA

Bəzən tərəflər rəsmi qaydada boşanan zaman əmlak bölgüsü istəmirlər. Beş ay, bir il, üç il sonra kimsə tərəflərdən birinə hüquqi cəhətdən istiqamət verir ki, əmlak bölgüsü tələb etsin. Rəsmi nikah qüvvədən düşdükdən və üzərindən müəyyən müddət keçdikdən sonra tərəflərin belə bir hüququ qalırmı?. Al

17 mart