Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...Sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus dünyanın ən məşhur tibb mütəxəssislərindən biri və "Sağlam və uzun ömür qaydaları" kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da "New York Times" versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.

Devid Aqus məşhur kompüter dahisi Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni həkim də inandıra bilməyib.

Sonxeber.az publika.az-a istinadən oxucuları Devid Aqusun uzun və ağrısız bir həyat yaşamaq üçün hazırladığı qaydalar cədvəli ilə tanış edir.

1. Kofein

Birincisi, koefini qəhvə dənələri və çay yarpaqları kimi təbii məhsullardan əldə etmək lazımdır. İkincisi, gündə bir-iki dəfə daha çox qəhvə və ya çay içməyə dəyməz. Buna baxmayaraq, belə stimulyatordan tam imtina daha çox ziyan vurur, nəinki xeyir gətirir. Aqus əmindir ki, kiçik dozalarda kofein əsəb sistemi üçün çox faydalıdır.

2. Gülümsəyin

Təbəssüm özlüyündə orqanizmin serotonin və endorfin hormonları ifraz etməyə məcbur edir, bu hormonlar stress zamanı beyin üçün ən yaxşı "ağrıkəsicilər"dir.

3. Bədəni idmanla yükləməyin

İdman zalında yorucu məşqlərlə özünüzü çox yormayın. Gündə 15 dəqiqəlik fitnes möhkəm cansağlığının əsas şərtidir. Bu, nəbzi onun adət edilmiş ritmindən təxminən 50% qaldırır. Ofisdə yuxarı mərtəbələrə pilləkənlə qalxmaq ən yaxşı təlimdir.

4. Daimi nəzarət

Nəbz, təzyiq və gündəlik fəallığa nəzarət edin.

5. Balıq günləri

Heç olmasa həftədə 2 dəfə balıq yeməklərinə üstünlük vermək lazımdır. Ürək və beyini gücləndirmək istəyirsinizsə, forel və ya qızıl balıq seçin.

6. Şərab

Şam yeməyində bir qədəh qırmızı şərab için. Bu, ürək və damar xəstəliklərinin profilaktikası üçün yaxşıdır.

7. Balıq yağı

Maqnezium və balıq yağı qəbul edin. Bu, infarkt və insult riskini aşağı salır. Qanda trombositlərin indeksini izləyin, qanın qatıllaşmasına icazə verməyin.

8. Səhər yeməyi

Mütləq səhər yeməyi yeyin.

9. Gigiyena

Yataq dəstlərini tez-tez dəyişin.

10. Rahatlıq

Yalnız rahat ayaqqabı geyinin. Özünüzə rəva bildiyiniz ən yaxşı ayaqqabını alın.

11. Gəzinti

Hər gün 1- 3 km piyada gəzin.

12. Smuzi

Yaşıl bitki, meyvə və tərəvəzlərdən hazırlanan smuzi için. Bu, sizi vitaminlə təmin edəcək.

13. Rafinə edilmiş məhsullardan imtina edin

Yalnız təbii ərzaqlar yeyin. Orqanizmin ətə ehtiyacı var dedikdə kolbasa və sosiska kimi məhsullar nəzərdə tutulmur. O cümlədən balıq da konservləşdirilmiş olmalı deyil. Hazır salatlar almayın. Daha az rafinə edilmiş məhsullar bədən üçün daha faydalıdır.

14. Qablaşdırılmış məhsullara yox deyin!

Hazır şirələr almayın.

15. Həyat eşqi

Pozitiv olun. Bu, həqiqətən də, işə yarayır.

16. Günəşin ultrabənövşəyi şüalarından qorunun

Günəş yanıqlarından qorunun. Onların zərərləri yalnız görünəndən ibarət deyil.

17. Şüa

Rentgenlə şüalanmadan qaçın. Xüsusilə aeroportlarda.

18. İnam

Dua edin, hətta ofisdə.

Həkimin Stiv Cobs haqqında müsahibəsini təqdim edirik

- Bir çox həkimin proqnozlarına rəğmən Stiv Cobs mədəaltı vəzi xərçəngi xəstəliyi ilə yeddi il yaşaya bilib, xərçəng hüceyrələrini normadan daha az yayılıb. Siz Stiv ilə necə və nə vaxt tanış olmusunuz?

- Haradasa ona diaqnoz qoyulduqdan bir il sonra. Onda xəstəliyin residivi baş vermişdi. Onkoloji müalicəyə təcavüzkar və qeyri-standart yanaşma tətbiq etdim. Müasir texnologiyaya və bütövlükdə bədənin müalicəsinə inanıram. Hesab edirəm ki, bunların hamısı bütövlükdə Stivə təsir etdi.

- Stiv Cobsun vegetarian olması ona xəstəliyi ilə mübarizə aparmağa kömək edirdi, ya əksinə? Qidalanma ilə bağlı ona nə məsləhət görürdünüz?

- O, vegetarian idi, amma müalicə zamanı o, müntəzəm olaraq balıq yeyirdi. Həmişə deyirəm ki, yağları rasiondan çıxarmaq olmaz, ümumiyyətlə, yağlar yaxşı, təbii və doymamış olmalıdır.

- Bəs Cobsu digər xəstələrdən nə fərqləndirirdi?

- O, son dərəcə ağıllı idi və tibbi terminologiyanı başa düşürdü. Vəziyyəti ilə bağlı bütün məsələləri heç bir şəkildə sadələşdirilmədən onunla müzakirə edə bilirdim.

- Ancelina Coli onkologiya riskindən dolayı süd vəzilərini əməliyyat etdirdi. Siz onun bu addımına necə münasibət bəsləyirsiniz?

- Hesab edirəm ki, Ancelina Coli səhhəti ilə bağlı vəziyyəti mediaya elan etməklə qəhrəmancasına hərəkət etdi. O, bir çox qadınlar üçün nümunə oldu. O göstərdi ki, bu xəstəlikdə utancverici heç nə yoxdur və onun haqqında açıq-aşkar danışmaq olar.

Məşhur onkoloq hesab edir ki, xərçəng xəstəliyi riskini azaltmaq insanın özündən asılıdır. Bunun üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

"Xərçəngin əsas satqınlığı təbiətin özüdür. O mənada ki, hüceyrələr özü-özünü məhv edir. Xərçəng hər birimizdə yatan dəhşətdir. Bəzən o şiş adlandırılan qəribə hüceyrə qrupunda artaraq qısa müddətə oyansa da, çox zaman yenidən təsir gücü altında yuxuya gedərək tabe olur.

Amma bəzən ən gözlənilməz anda xərçəng bütün qoruyucu orqanizmləri məğlub edərək üzə çıxır, bədxassəli şişlərin artmasına və hüceyrələrin fəaliyyətinin pozulmasına səbəb olur.

Xərçəngin yaranmasına nə səbəb olduğu və şişlərin nə üçün inkişaf etdiyini bilmirik, amma xərçəngin bədən funksiyasının kompleks pozulması və sistematik bir problem ilə əlaqəli olması barədə qeyri-müəyyən bir ehtimal var. Cərrahi əməliyyat və proflaktik tədbirlərin görülməsi vacibdir.

Qarşınıza məqsəd qoyun ki, daim özünüzü öyrənəcək və qeydlər aparacaqsınız. Bədəni dinləyin və xatırlayın ki, sizə nə lazım olduğunu sizdən yaxşı bilən yoxdur. Həkim başınıza daxil ola və hisslərinizi qəbul edə bilməyəcək. Həkimə kor-koranə əməl etməyin. Özünüzün baş həkimi olun. Tibbi məlumatları həkimdə qoymayın, əlavə nüsxələrini götürün və onları özünüzdə saxlayın.

İlin 365 günü stabil rejimə əməl etməyə çalışın. Həftənin günlərindən asılı olmayaraq, həm qidalanma, həm yuxu, həm də fiziki aktivliyə riayət edin. Həmişə günün eyni saatlarında qidalanmağa, eyni saatda yuxuya getməyə və yuxudan oyanmağa səy göstərin. Həftə sonları yuxu rejimini dəyişmək sağlamlıq ritmini poza bilər. Məsələn, əgər bir gün saat 10-da, bir gün 11-də, bir gün də 12-də yuxuya gedirsinizsə, siz bununla təbii yuxu dövriyyəsini pozursunuz. Hətta eyni saat yuxu yatsanız da, yuxu dövriyyəsi pozulur.

Yuxuya hazırlaşmağı öyrənin. Televizor, telefon, planşet və kompüter melotonun yuxu hormonlarının ifrazına mənfi təsir edir. Video oyunları, televiziya və internetdə vaxt keçirmək beyni stimullaşdırır, odur ki, yatmazdan ən azı yarım saat əvvəl onları söndürün. Yuxusuzluq mədə ilə beyin arasındakı əlaqəni kəsir və nəticədə "şüursuz yemək" istəyini oyandırır. Tox olmasına baxmayaraq, yuxusuzluq orqanizmi ac olduğuna inandırır.

Beyin üçün istirahət planlaşdırın. İstirahət beyinə fasilə verməyə və yeni təcrübələri asan yolla həyata keçirməyə imkan verir.

Araşdırmalar göstərir ki, dünyaya optimist gözlə baxan insanlar daha çox yaşayır. Aktiv həyat tərzi sürün. İdman zalına yollanmaq məcbur deyil. Hərəkətli olmaq siz düşündüyünüzdən daha sadədir. Elmi cəhətdən də sübut olunub ki, hərəkətli həyat tərzi sürən insanlar daha cavan qalır və bunun üçün hər hansı maliyyə tələb olunmur".


Sonxeber.az Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1022   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bu məcun ilə övladlarınızın boy problemini həll edəcəksiniz

MƏHSUL HAQDA ƏTRAFLI BURADAN. Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafınd

19 iyun

Slim Samyun Wan Plus - Arıqladıcı bitkisəl vasitə

Təbii tərkibli kapsullar Samyun Wan Slim Plus çoxlarının etibarin qazanmış arıqlamaq üçün bir vasitədir. . . Xüsusiyyətlər: . - piyləri parçalayır . - çəkini azaldır (bir ay müddətində 5-15 kq) . - iştahı azaldır . - immuniteti gücləndirir . - yuxu rejimin normallaşdırır . - bədəni şlaklardan təmizləyi

6 iyun

İdmanla məşğul olub nəticə ala bilmirsiniz?

Tərkibi:. Buğda cücərtisi, sibir jenşeni kökü, çiçək tozu, çörək otu toxumu, keçibuynuzu meyvəsi, darçın, arı südü, bal. Təsir xüsusiyyətləri: İdmançı yeməyi sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanmış enerjini bərpa edən, metabolizmi sürətləndirən, mineral-vitami

23 may

Gözaltı torbalar, qaralmalar və qırışlara SON!

Məhsul haqqında. Gelin tərkibindəki nəmləndirici maddələr tez və asanlıqla dəriyə hopur və 24 saat nəm itkisinin qarşısını alır. Dəriyə qoruyucu təbəqə təşkil edərək kənar təsirlərdən qoruyur.. İstifadə qaydası: Qaşınma, iltihab kimi simptomları olan dəri üzərinə tətbiq olunmamalıdır. Krem isitifad

20 aprel

Övladlarınızın boyundan narahatsız? - bu təbii üsulla...

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

25 dekabr 2019

Saç tökülməsinə son!

Saçlarımız xarici görünüşümüzdə böyük rol oynasa da, bəzən stress, bəzən yanlış qidalanma, bəzən genetik, bəzənsə kənar amillər və s. səbəblərdən tökülə bilir. Komplekslərimizdən qurtulmağı nə qədər çox bacarsaq belə, saç tökülməsinin həyatımızdakı mənfi rolu danılmazdır. Tökülən saçların bərpası üçü

29 oktyabr 2019

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın !

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür.. . Üzdə Boşalma və sallanmalar

29 oktyabr 2019

Eco Slim - Arıqladıcı bitkisəl vasitə

Bütün xanımlar arıqlamaq və incə görünmək uğrunda hər zaman mübarizə aparıblar. Lakin, sağlam şəkildə çəki vermək hər xanıma nəsib olmur. Sebet.az olaraq sizə bütün dünyaya səs salan ECO SİLİM arıqladıcı vasitəsi haqqında məlumat verəcəyik.. ECO SİLİM. TƏRKİBİ:. . L-karnitin Kofein. Xitozan. Coleus forskohli

29 oktyabr 2019

Həzmə kömək edən, yuxu problemini həll edən möcüzəvi yağ

Qara zirə yağı Ərəbistan, Afrika və Asiya ölkələrində əsrlər boyu istifadə olunan mühüm müalicə metodudur. Müasir elmi xəstəliklərin müalicəsində olduqca təsirlidir. İndi isə, gəlin bu müalicəvi yağın faydaları ilə tanış olaq:. 1. Qara zirə yağı həzmə kömək edir və köp problemini aradan qaldırır. . 2

28 oktyabr 2019