Ermənistanda nə qədər "İsgəndər" var? - Paşinyanın blefi, yoxsa...

Ermənistanda nə qədər "İsgəndər" var? - Paşinyanın blefi, yoxsa..."Ermənistanın Baş naziri Nikol Paşinyanın ciddi fikir səsləndirməsinin şahidi olmamışam. Bu adam bir-birinə zidd fikirlər səsləndirir, gah nala vurur, gah da mıxa. İndi də "İsgəndər" məsələsini ortaya atıb".

Bunu Sonxeber.az-a hərbi ekspert Üzeyir Cəfərli N. Paşinyanın "Ermənistanda kifayət qədər "İsgəndər" raketləri var" sözlərini şərh edərkən deyib.

Ekspert bildirib: "Onlar heç olmasa bir dəfə bu, "İsgəndər"i göstəriblər? Bir dəfə hərbi parad zamanı üstüörtülü vəziyyətdə olan zenit-raket kompleksi nümayiş etdirdilər. Sonradan məlum oldu ki, bu, Rusiyanın Gümrüdəki hərbi bazasındakı "İsgəndər-E" zenit-raket kompleksidir. Bu məsələ beləliklə bağlandı. İndi N. Paşinyanın Ermənistanda kifayət qədər "İsgəndər" raketinin olması deməsi ondan xəbər verir ki, Baş nazirin başı xarab olub. Əvvəla Rusiyanın həmin raketləri hazırlaması üçün müəyyən vaxt lazımdır, belə ki, Moskva həmin raketlərin tədarükü ilə bağlı bəzi ölkələrlə imzalanmış müqavilələri hələ yerinə tam yetirə bilməyib. Yəni həmin raket kompleklslərini vaxtında tədarük edə bilmir".

Onun sözlərinə görə, N. Paşinyan tarixə qeyri-ciddi siyasətçi kimi düşəcək: "Onun hərbdən anlayışı yoxdur. Biz onun sərsəm bəyanatlarını müzakirə etməli deyilik. Öz işimizlə məşğul olmalıyıq. ATƏT-in Minsk qrupunun həmsədrlərini buradan çıxarıb öz işimizi görməliyik. Onlar Azərbaycanın haqq işində maneədirlər. ABŞ, Rusiya və Fransaya dəstək olmaqla danışıqlar prosesini uzadırlar. Dünən də bir əsgərimiz şəhid oldu. Bunlar heç səslərini çıxarmırlar. Ali Baş komandanın bir əmri ilə ordumuz Ermənistanda daşı-daş üstündə qoymaz".

Ekspertin fikrincə, N. Paşinyanın "kifayət qədər "İsgəndər" raketlərimiz var" deməsi blefdir və daxili auditoriyaya hesablanmış bəyanatdır: "Özünü göstərir, yəni mən də varam deyir. Oğlunu separatçıların ərazisindən gətirib yanında saxlayırsa, deməli narahatdır ki, elə proseslər baş verə bilər ki, başını qaşımağa vaxtı olmasın. Paşinyanı ciddi siyasətçi saymıram. Dünən dediyini bu gün danır. Şişirtməməliyik ki, Paşinyan guya o qədər böyük ağlın sahibidir. Hərbi sahədən anlayışı olmayan ikinci adam Paşinyanın özüdür. Ona ciddi şəxs kimi yanaşmıram. Sadəcə Rusiya hələlik onun arxasında dayanır. Ona görə də Ermənistan özünü guya bir az "inamlı" aparır. Bunun da bir sonu olacaq. Gec-tez məsələsi var".

Xatırladaq ki, N. Paşinyan Rusiyaya səfəri zamanı verdiyi müsahibədə Moskvanın İrəvana yeni silahlar tədarük edib-etməyəcəyinə dair sualı cavablandırarkən bildirib ki, Ermənistanda kifayət qədər "İsgəndər-E" raketi var və Rusiyadan daha nəsə almağa ümid edir.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3825   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel