Azərbaycanda özünü asan 14 yaşlı qızın ölümü ilə bağlı YENİ FAKTLAR

Azərbaycanda özünü asan 14 yaşlı qızın ölümü ilə bağlı YENİ FAKTLARAğcabədi rayonunda yeniyetmə qızın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 14 yaşlı Şirinova Aytac Allahyar qızının asılı vəziyyətdə olan meyiti yaşadığı evin həyətindəki hamam otağında tapılıb.

Bildirilir ki, Aytacın atası o, 1 yaşında olarkən qəfil ürək tutmasından vəfat edib. 9-cu sinfi bu günlərdə başa vuran qızın davamiyyəti stabil olub və 4-5 qiymətlərlə oxuyurmuş.

İllin ehtimala görə, o, ailədaxili kişik münaqişə səbəbindən ani psixoloji arsıntı nəticəsində özünü asmaq qərarına gəlib. Yeniyetmə qız hamama daxil olaraq qapını arxadan bağlayıb və özünü asıb. Ailə üzvləri bir neçə dəqiqə sonra hadisədən xəbər tutublar və dərhal uşaqlardan biri hamamın pəncərəsindən içəri keçərək qapını arxadan açıb. Lakin artıq gec olub.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə   Baxılıb: 1412   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR