Ermənistanın müdafiə naziri - "Bu günlərdə öldürülən Azərbaycan əsgərinin ölüm əmrini şəxsən mən vermişəm""

Ermənistanın müdafiə naziri - "Bu günlərdə öldürülən Azərbaycan əsgərinin ölüm əmrini şəxsən mən vermişəm""Xəbər verildiyi kimi ötən gün təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə "qisas alınacağını" açıqlamışdı.

İndi Ermənistanın Müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan "Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən" hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı "yüksək səviyyədə" yerinə yetiriblər.

Bu məlumat təmas xətti boyu son günlər düşmən qüvvələrinin bir-birinin ardınca həyata keçirdiyi təcavüzkar əməllərin məhz Ermənistan rəhbərliyinin şəxsi göstərişləri ilə baş verdiyini birbaşa təsdiq edir. Belə ki, Müdafiə naziri Tonoyan Azərbaycan əsgərinin vurulması, yaxud "cəza tədbirlərinin görülməsi" üçün şəxsən tapşırıq verib və indi bu tapşırığı yerinə yetirənləri mükafatlandırıb.

Hansı ki, Baş Nazir Nikol Paşinyan ötən həftə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edərkən təmas xəttindəki təcavüzkar əməllər, Azərbaycan ordusunun zabitinin vurulması barədə xatırladaraq ondan Düşənbə razılaşmalarının pozulması barədə soruşan azərbaycanlı jurnalistə cavabında bu əməlləri inkar etməyə çalışmışdı. Paşinyan demişdi ki, guya zabitin vurulması faktı ilə bağlı təmas xəttinin həmin istiqamətində dayanan erməni əsgərlərinin hamısının silahları yoxlanılıb, videomüşahidə kameralarının görüntüləri izlənilib və "atəşin erməni əsgərləri tərəfindən açılmadığı" təsdiqlənib. Və həmin dəlillər Azərbaycan tərəfinə də verilib.

Əlbətdə, Ermənistan baş nazirinin bu dedikləri absurd idi və söhbət xüsusi təyinatlı snayper tərəfindən həyata keçirilmiş təcavüz aktından getdiyi üçün "silahların yoxlanılması" barədə deyilənlər məsuliyyətdən yayınmağa hesablanmışdı.

İndi isə budur, Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının dozasının getdikcə artması deməkdir. Belə vəziyyətdə Azərbaycan təmas xəttində gərginliyin azaldılmasına dair ötən il Paşinyanla Düşənbədə əldə edilmiş şifahi razılaşmaya daha nə qədər sadiq qala bilər? Düşmənə qarşı müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda qoşunlara verdiyi göstərişdə deyildiyi kimi, bütün silah və vasitələrdən istifadə etməklə əsl qisas, cəza əməliyyatı həyata keçirməyin vaxtı çatmayıbmı?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 6692   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir - VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyində

14 yanvar
.

Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanış

17 fevral