Gülüstan Əliyeva: Qardaşımın şəhid olacağını ərim mənə yuxuda demişdi

Gülüstan Əliyeva: Qardaşımın şəhid olacağını ərim mənə yuxuda demişdiOxu.Az-ın müxbirinin suallarını Əməkdar artist, Prezident mükafatçısı Gülüstan Əliyeva cavablandırır:

- Gülüstan xanım, siz Qarabağ acısını yaşayan sənətçilərimizdənsiniz, Vətən uğrunda həm həyat yoldaşınızı, həm qardaşınızı şəhid vermisiniz. Bu günlərdə daha iki hərbçimiz Vətən uğrunda şəhid oldular.

Bir sənətçi, bir ziyalı və bir şəhid ailəsi olaraq, Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz, sülh, yoxsa hərb?

REKLAM

www.instagram.com

Daha ətraflı

- Təbii ki, hamımız, bütün analar, qadınlar istəyir ki, dünyada, o cümlədən, Azərbaycanımızda sülh olsun. Amma danışıqlar yüksək sivilizasiyalı, yüksək mədəniyyətli bir ölkənin insanına məxsusdur. Bizim qonşularımız o səviyyədə inkişaf etməyiblər ki, Qarabağ məsələsini onlarla danışıqlar yolu ilə həll edək.

Biz müharibə yolu ilə də olsa, sülh yolu ilə də olsa, torpaqlarımızı qaytarmalıyıq və bu, bizim bir vətəndaş olaraq borcumuzdur. Ali Baş Komandanımız bu yöndə çox böyük işlər görür, gərgin danışıqlar aparılır, amma bütün bunlara rəğmən, yenə də atəşkəs pozulur, yenə də vaxtaşırı şəhidlərimiz olur.

Artıq son bir həftədə - on gün ərzində iki şəhid vermişik və bir neçə gün əvvəl verdiyimiz şəhidimiz də sıravi əsgər deyildi. Hər bir yüksək səviyyəli zabiti yetişdirmək üçün illər lazımdır. Ancaq gördüyünüz kimi, Ermənistan yenə də öz düşmən, çirkin mövqeyini göstərməkdə davam edir.

Snayperlə hər hansı bir vətəndaşın, hərbçinin vurulması beynəlxalq sazişlə qadağan olunmasına baxmayaraq, Ermənistan çirkin niyyətini həyata keçirdi, Azərbaycan üçün çox dəyərli olan bir zabitimizi itirdik. Amma eybi yoxdur, biz vətənin müdafiəsi üçün oğullar böyüdürük.

Oğulları böyüdürük ki, sinəsini düşmənə sipər etsin. Bunu bacaran oğullarımız, igidlərimiz var və bunlar hər an artmaqdadırlar. Azərbaycan elə bu oğulların çiynindədir. Bu baxımdan, inanırıq ki, istər danışıqlar yolu ilə, istər hərb yolu ilə torpaqlarımızı qaytaracağıq və biz bir nəfər kimi hamımız - qadın, kişi fərqi yoxdur - Ali Baş Komandanımızın arxasındayıq.

İnanırıq ki, Azərbaycan övladları - kişili, qadınlı hamı öz ata-baba yurdlarının, öz qədim torpaqlarının bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün son damla qanına qədər vuruşacaq.

- Sizcə, Qarabağ hadisələri, son 31 ildə yaşananlar ədəbiyyatımızda, incəsənətimizdə, sənət dünyamızda əksini tapırmı?

- Əlbəttə! Son illər Qarabağla bağlı gözəl sənət əsərlərimiz yaranıb və yaranmaqdadır. Deməzdim ki, sənət əsərlərimiz yoxdur. Bu, hər bir sənət adamının ruhunda, öz gündəlik iş həyatında, sənətində özünü göstərməyə bilməz. Çünki biz bu ölkənin vətəndaşıyıq.

Ölkənin sevincinə sevinən insanlarıq, qəminə kədərlənənik. Biz sənət adamı olduğumuza görə, bu, bizim yaradıcılığımızda daha intensiv özünü göstərir.

Bu il "Nəsimi İli" elan olunmasına baxmayaraq, gənc bəstəkarlarımız daxil olmaqla, yenə də vətənpərvərlik nəğmələri, vətənpərvərlik mahnıları var. "Nəsimi" baleti bizim Operada səhnəyə qoyuldu. Əslində, Nəsiminin həyatı bir növ azadlıq uğrunda mübarizə deməkdir. Bəstəkar Nəsiminin həyatını baletdə əks etdirməklə, sanki həm də Azərbaycan uğrunda mübarizəni əks etdirir.

Yəni, nə qədər ki qəhrəmanlarımız var, nə qədər ki igidlərimiz var, Azərbaycan uğrunda ölməyi bacaran insanlarımız var, istər ədəbiyyatda, istər incəsənətdə böyük əsərlər yaranacaq. Bilirsiniz, hadisələrin içində olanda biz o hadisənin böyüklüyünü və ağırlığını hiss etmirik.

O hadisələrdən zaman bizi ayırdıqca, necə böyük hadisələr yaşadığımızı, necə böyük mübarizələr yaşadığımızı hiss edirik və düşünürəm ki, o zaman daha böyük əsərlər yaranır və yaranacaq.

- Qarabağın, həyat yoldaşınızın və qardaşınızın qanı töküldüyü Cəbrayılın işğaldan azad edildiyini eşitdiyiniz anda ürəyinizdən nələri etmək, hansı addımları atmaq keçər?

- Bəli, mən Qrabağ savaşında həyat yoldaşımı və qardaşımı itirmişəm. Yadınızdadırsa, 2016-cı ildə Aprel şəhidlərimizi verdik, vətən uğrunda bir çox oğullarımızı itirdik.

Həmin vaxt Heydər Əliyev adına Respublika Sarayına solo konsert təyin etmişdim. Aprel hadisələrinə, şəhidlərimizə görə mən konsertimi təxirə saldım və bir neçə ay sonraya keçirdim. Bu, mənə nə qədər ağrılı olsa da, bir o qədər də sevinirdim. Niyə sevinirdim? Mənim qardaşım, ailəmizin yeganə oğlu həmin o Lələtəpədə şəhid olmuşdu 94-cü ildə.

Uğurlu Aprel döyüşləri zamanı o torpaqları geri qaytardıq və mən hamıdan daha çox sevinirdim. Və elə hiss edirdim ki, qardaşım yenidən bizimlədir, yenidən dünyaya gəlib (ağlayır). Çünki onların qanı tökülən o torpaqlar alınmışdı.

Onların qanı tökülən torpaqlarda bayrağımız dalğalanırdı. Düzdür, həmin günlərdə Azərbaycan üçün çox dəyərli olan insanlarımızı itirdik o torpaqlarımızda, amma bütün bu şəhidlərimizin üzərində bayrağımızı yüksəltdik və qardaşımın qanı töküldüyü o torpaqlar artıq Azərbaycana qaytarıldı.

Bir gün gedib oranı - o torpaqları, Lələtəpəni, Cocuq Mərcanlını ziyarət etdim və elə bil ki, hardasa ruhum rahatlıq tapdı ki, qardaşımın qanı tökülən torpaq düşməndə qalmadı, Azərbaycana qaytarıldı.

İnanıram ki, bizim igidlərimiz təkrarən canlarından keçəcək və şəhidlərimizin bir damla qanı tökülən yerləri Azərbaycana, insanlarımıza qaytaracaqlar. Mən buna inanıram. İnanıram ki, o gün olacaq.

Deyim ki, o vaxtdan qardaşımın məzarına tez-tez baş çəkməyə gedirik, həm kövrəlirik, həm də rahatlanırıq. Amma həyat yoldaşımın məzarına, onun şəhid olduğu torpaqlara 1992-1993-cü ildən sonra gedə bilməmişik. İnanıram ki, biz ora da gedəcəyik.

Onu da xatırladım ki, həyat yoldaşım Zahid Əhmədov Cəbrayıl rayonunda Cinayət-Axtarış Şöbəsinin bir neçə işçisi ilə bərabər minaya düşmüşdü. Zahid sürücüsü ilə birlikdə şəhid oldu. Cəbrayıl rayonundan bir az uzaqda, "Ziyarət dağı" deyilən yer var. Həyat yoldaşımı orada dəfn elədik.

Bir dəfə yuxuda onu gördüm. Onda hələ qardaşım əsgərlikdə idi. Mənə uzun bir siyahı göstərdi ki, bura Azadın da adını yazmalıyam. Yuxuda ağladım ki, onun adını yazma. Səhər yuxudan duranda bildim ki, qardaşım döyüşdə yaralanıb. Onu Bakıya xəstəxanaya çatdırdıq. Lakin həyatını xilas etmək mümkün olmadı (ağlayır).

Amma inanıram ki, şəhidlərimizi, oradakı bizim qədim ocağımızı - "Hacı Qaraman" ocağını bir daha görəcəyik və oradakı ulularımızı, müqəddəslərimizi ziyarət edə biləcəyik. Orada qanı tökülən, orada yatan, uyuyan şəhidlərimiz, o cümlədən, mənim həyat yoldaşım həmin o müqəddəslər qədər müqəddəsdir. Çünki hər biri şəhid müqəddəslik zirvəsinə yüksəlib və bu gün də o ümidlə yaşayıram ki, biz ora - "Ziyarət dağı"na, "Hacı Qaraman" ocağına gedəcəyik.

Həyat yoldaşımın məzarını ziyarət edə, qucaqlaya biləcəyik. Allah vətəni sevən insanları əksik eləməsin Vətənimizdən. Allah vətənpərvər oğullarımızı, qızlarımızı çox eləsin və biz də onların arxasındayıq. Hərəmiz öz sahəmizdə, hərəmiz öz işimizdə vətən üçün çalışaq, vətən üçün vuruşaq.

İnanıram ki, o zaman biz torpaqlarımızı qaytaracağıq və buna əminəm ki, bizim Ordumuz bu həsrətimizi, bu arzumuzu gözümüzdə qoymayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3532   Tarix: 10 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021