İllərdir küsülü olan Brilliantla Lalə yan-yana - VİDEO

İllərdir küsülü olan Brilliantla Lalə yan-yana - VİDEOİllərdir küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova bir araya gəliblər.

Axşam.az-ın məlumatına görə, müğənnilər stilist Elnur Həsənovun ad günündə görüntüləniblər.

Onlar müğənni Aysül Əlizadənin "Yandırdı qəlbimi" mahnısına yan-yana rəqs ediblər. Brilliant və Lalənin həmin görüntüsü sosial şəbəkədə yayılıb və diqqət çəkib.

Qeyd edək ki, B.Dadaşova və L.Məmmədova uzun illərdir küsülüdür. Dəfələrlə eyni məkanda üz-üzə gəlsələr də, sənətçilər barışmayıblar.

Şou-biznes   Baxılıb: 286   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR