Azərbaycanla müharibə başlayır və... - İrəvanın QARABAĞ PLANININ ŞOK PƏRDƏARXASI

Azərbaycanla müharibə başlayır və... - İrəvanın QARABAĞ PLANININ ŞOK PƏRDƏARXASIErmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan Xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Bu, Ermənistanın ordusunun son bir neçə gündə ikinci belə təxribatıdır. Belə ki, 30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişdi. Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olmuşdu.

Sonxeber.az-ın məlumatına görə, sabiq diplomat, siyasi şərhçi Fikrət Sadıqov məsələ ilə bağlı Publika.az-a açıqlamasında bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçiriləcəyi ərəfədə Ermənistan ordusunun təmas xəttində təxribat törətməsi bir həqiqətdir və burada başqa bir məqam var:

"İrəvan tələb edir ki, Dağlıq Qarabağ separatçıları müzakirələrdə iştirak etsin. Baxın, əsgərimiz Tərtər istiqamətində qətlə yetirilib. Deməli, ona Dağlıq Qarabağ ərazisindən atəş açılıb. İrəvan bununla bildirmək istəyir ki, görürsünüz, Dağlıq Qarabağ da fəaliyyətdədir, separatçılar canlı qüvvədir, onlarla hesablaşmaq lazımdır, onlar da danışıqlarda iştirak etməlidir. Ermənilər parçalanmış cəmiyyətlərini bir araya gətirmək istəyirlər. Bu addımlar düşünülmüş təxribatdır. Ermənistanın zənnincə, Azərbaycan bu təxribatlara cavab verəcək. Bu onlara ona görə lazımdır ki, cəmiyyətlərində birlik yaratsınlar. Çünki Ermənistanda son aylarda ziddiyyətli və qalmaqallı vəziyyət yaranıb. Hətta bir sıra dairələr baş nazir Nikol Paşinyanın nəzarətindən çıxıb. Onlara da lazımdır ki, Azərbaycanla müharibə başlasın, erməni cəmiyyəti də birləşib vahid düşmənə qarşı mübarizə aparsınlar. Ermənilər bir-birilərinə qarşı deyil, xarici düşmənə qarşı vuruşsun. Mən bunu bir ehtimal kimi irəli sürə bilərəm. Lakin Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənəcək və bunun cavabını on qat artıq qaytaracaq".

Politoloq bildirir ki, hazırda ən yaxın müttəfiqi olan Rusiya belə Ermənistanı ələ salmaqdan çəkinmir:

"Baş nazir Dmitri Medvedevin İrəvan səfərindəki Paşinyana kinayəli zarafatını xatırlayın. Ermənistan başa düşür ki, danışıqlar prosesi onların xeyrinə başa çata bilməz. Danışıqlar onları qane etmir. Azərbaycan isə həm hərbi, həm də diplomatik potensialını inkişaf etdirərək hücum mövqeyində dayanıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1864   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart