Deputat: Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?

Deputat: Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib.

O, İctimai Televiziyada yayımlanan "Diqqət Mərkəzi-Yekun" verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib.

Deputat "Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?" deyə məəslə qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir:

"İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir. Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır".

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib:

"Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır. O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir".

V.Əhmədov onunla razı olmadığını deyib:

"Dərinə getsək, başqa şeylər çıxacaq. Mən sənin dediyinlə razı deyiləm. Sual verirəm, niyə bank əmanəti 12 faizlə götürür, mənə 25 faizlə verir? O dediyin kreditlər yoxdur. Biz Azərbaycanda yaşayırıq da, Amerikadan gəlməmişik ki".

Məlumat üçün bildirək ki, Vahid Əhmədov hər zaman bankların düzgün kredit siyasəti yeritmədiyini bildirir, bunun tənzimlənməli olduğuna dair fikirlər səsləndirir.

Mənbə: oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1221   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib. -ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub

19 fevral
.

Əməkhaqqı artımı qiymətlərə təsir edəcək?

2023 cü ilin ilkin məlumatlarına əsasən, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11.2 faiz artaraq 933 manat 80 qəpik təşkil edib. Bəs əməkhaqqı artımı qiymətlərə təsir edə bilərmi?. xəbər verir ki, bununla bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib. O bildirib ki, bu göstəric

8 fevral
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart