Enerji içkiləri ölüm saçır - ürək xəstəliyi, ani ölüm... - Qadağan edilə bilər mi? - Ekspert rəyi

Enerji içkiləri ölüm saçır - ürək xəstəliyi, ani ölüm... - Qadağan edilə bilər mi? - Ekspert rəyiSon illərdə ölkəmizdə enerji içkilərinin istifadəsi özünün pik həddinə çatıb. Hətta bəzi insanlar gün ərzində 2-3 enerji içkisi içdiklərini bildirirlər. Bu içkilərin daha çox yeniyetmələr arasında maraq qazanması isə məsələnin digər faciəvi tərəfidir.

Enerji içkiləri sağlamlığımıza necə zərər vurur, bu içkilərin ölkədə satışına qadağa qoyula bilər mi?

Məsələ ilə bağlı qida eksperti İsa Əliyevin fikirlərini öyrəndik. Ekspert açıqlamasında bildirdi ki, enerji içkilərindən istifadə əksər hallarda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur:

"Enerji içkilərinin tərkibinə baxsaq, orada bir çox kimyəvi inqridentlərin olduğunu görərik. Eləcə də kofein və taurin kimi insan səhhətinə zərərli olan maddələr var. Kofein tərkibli içkilərin bir çoxundan, xüsusilə enerji içkilərindən çox istifadə edildiyi təqdirdə damarlar genişlənir və bu da qan təzyiqinin oynamasına səbəb olur. Bu çox vaxt ürək-damar xəstəliklərinə, hətta ürəyin anidən dayanmasına səbəb ola bilir. Bununla yanaşı, enerji içkilərinin tərkibində istifadə olunan digər amartizatorlardır, rəngləndiricilərdir, bunlar da birbaşa olmasa da, dolayı yolla insan sağlamlığına zərər vururlar.

Xüsusən azyaşlılarda enerji içkilərinə maraq olur. Təssüflər olsun ki, bir gündə 1 neçə enerji içkisini qəbul etmiş azyaşlı olub ki, həyatını itirib. Bu kimi faktlar çoxdur və xəbərlərdə, mediada öz əksini tapıb."

Ekspert həmçinin onu deyib ki, bu içkilərin ölkədə tamamilə qadağan edilməsi real olmasa da, müəyyən məhdudiyyətlər qoyula bilər:

"Bununla əlaqədar xaricdə gündəmə gələn əsas məsələ o olub ki, enerji içkilərinin satışına müəyyən yaş həddi qoyulsun. Necə ki, spirtli içkilərə 18 yaş həddi qoyulub. Çünki, azyaşlı uşaqlarda, 16-18 yaşlı yeniyetmələrdə bu daha çox risk təşkil edir. Amma təəssüflər olsun ki, bunun tamamilə yasaqlanması ilə əlaqədar hələ ciddi bir addım atılmayıb və belə görünür ki, atılmayacaq. Çünki bunu qadağan etsələr, gərək spirtli içkiləri də qadağan etsinlər."

Ekspert enerji içkilərinin çox miqdarda istifadə edilməsinin hətta ölümə də səbəb ola biləcəyini vurğulayıb:

"Çox vaxt enerji içkilərini spirtli içkilərlə qarışdırıb içirlər ki, bu əslində 2 qat zərərdir. Çünki spirtli içki ilə enerji içkisi qarışdırıldığı zaman insanı normadan 2-3 dəfə çox sərxoş edir. Belə hallar da olub ki, spirtli içki ilə enerji içkisini qarışdırıb qəbul edən insan əyləncə məkanlarında elə rəqs edərkən qəfildən dünyasını dəyişib. Ona görə də Azərbaycanda bu barədə "Qida Təhlükəsizliyi Agentliyi" müəyyən addımlar atmalıdır. Ən azından bir yaş həddi qoyulmalıdır. 16 və ya 18 yaşa qədər olan şəxslərə bu içkilər satılmasa daha yaxşı olar. Hər sahədə yeni innovativ həll yolları olur. Enerji içkilərinin də alternativi - tərkibindəki maddələr insan sağlığına zərərli olmayan lakin enerji içkiləri ilə eyni dadı verən içkilər istehsal edilə bilər. Qida mütəxəssisləri bu cür reseptlərin üzərində işləsələr, bu cür alternativlər çıxsa, o zaman gələcəyə doğru təhlükə azalmış olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1024   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel