"1 senytabrda başlasın, 25 mayda bitsin" - Deputatlar dərs ili haqda DANIŞDILAR

"1 senytabrda başlasın, 25 mayda bitsin" - Deputatlar dərs ili haqda DANIŞDILAROrta məktəblərdə dərs ilinin müddəti ilə bağlı mövzu yenidən aktuallaşıb. Valideynlərin böyük əksəriyyəti sosial şəbəkələrdə tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmədiklərini vurğulayır, buna nəhayət son verilməsini istəyirlər.

Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi çətinləşir, davamiyyət aşağı düşür.

Bu səbəbdən də məktəblərin əvvəlki sistemlə - senytabrın 15-dən may ayının 31-nə kimi olmasını istəyirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli isə əksinə, dərslərin iyun ayının 14-də bitməsinin olduqca normal hal olduğunu vurğulayır. Mövzu barədə Modern.az-a danışan deputat bildirib:

"Hazırda cəmiyyətdə belə fikir formalaşıb ki, tədris proqramlarında çox ağırlıq var və bu da şagirdlərin dərsləri qavramasında çətinlik yaradır. Amma mənim fikrimcə, şagirdlərin dərsləri qavramasındakı çətinliyi tədris prosesinin düzgün qurulmaması ilə əlaqədardır. Əgər məktəblərdə tədris prosesi normal qurularsa, ayrı-ayrı fənlərin tədrisi iyun ayının 14-nə kimi davam etməlidir. Bu isə şagirdlərin dərsləri daha asan qavramasına, təkamül əsasında başa çatmasına kömək edər.
İkincisi isə tətil günləri ilə bağlı demək istəyirəm ki, 3 ay tətil müddəti var. Bunu bir xeyli də uzatmaq fikrimcə, şagirdlərin hafizəsində sinifdən-sinifə keçmə prossesində çətinlik yaradır. Düşünürəm ki, 3 aylıq məzuniyyət şagirdlər üçün yetəri qədər çoxdur, buna 15 gün də əlavə etmək mənasızdı.
Dərslərin iyunda bitməsindən narazı qalan valideynlər ayrı-ayrı fənn proqramlarının bağlanmasından və təkrar dərslərin keçilməsindən şikayət edirlər. Bu, dərslərin iyunda bitməsi ilə deyil, bəzi məktəblərdə dərs proqramlarının düzgün qurulmaması ilə əlaqədardır".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva isə həmkarından fərqli olaraq tədris ilinin mayın 25-də bitməsinin tərəfdarıdır:

"Mən əslində tədris ilinin senytabrın 1-dən başlanıb, may ayının 25-də bitməsinin tərəfdarlarındanam. Tədris proqramlarının erkən bağlanmasına gəlincə, demək istəyirəm ki, biz oxuduğumuz illərdə də may ayının 10-na kimi artıq kitablar yığılırdı, proqramlar bağlanırdı. Kitablar yığılandan sonra biz imtahana hazırlaşır, müzakirələr aparırdıq. Bundan əlavə, müəllimlərimiz yay üçün bizə kitablar məsləhət görürdü. Biz hətta yayda kitab oxuyub, onların annotasiyasını yazırdıq. Amma onu da düşünürəm ki, məsələni bu qədər şişirtməyin, "qlobal problem"ə çevirməyin də adı yoxdur".

Xatırladaq ki, 2015-ci ilə kimi Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və mayın 31-də yekunlaşırdı.
Ancaq keçmiş təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin dekabrında imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələlərinin müddəti dəyişdi. Belə ki, həmin əmrlə dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır, bu, hazırda da qüvvədədir.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1726   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Prezidentin kirayə evlərlə bağlı FƏRMANI – nələr dəyişəcək?

Azərbaycan Prezidenti "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədi il

11 iyun 2019

Əhaliyə ŞAD XƏBƏR

"Bakı Metropoliteni"nin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3" adlandırılan stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur".. . Sonxeber.az "report"a istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"

11 iyun 2019

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb. . . Sonxeber.az-ın məlumatına görə, sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncam

11 iyun 2019

Bu görüntü hər kəsi şoka saldı: 15 il sonra qəbirdən çıxarılan şəxsin meyiti görün nə haldadır

Bilindiyi üzərə insan həyatı sonlandıqdan sonar torpağa qarışır və minerallara parçalanır. Lakin təbiət belə bəzən öz qanunlarını poza bilir. Oxu24.com öldükdən sonra dəfn edilən və illər sonra qəbirdən çıxarılan meyitlərin şok görüntüləri ilə bağlı videonu təqdim edir:. . .

11 iyun 2019

Azərbaycandan Həccə getmək üçün 1090 nəfər müraciət edib

Hazırda vakant yerlər var və sənəd qəbulu davam edir. . Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib.. . Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.. . Qeyd olunub ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir.. . Həcc ziyarətinə getmək üçün sənədlərin

11 iyun 2019

Azərbaycanda nə qədər uşaq nikahdankənar doğulub?

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.. . Ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 48

11 iyun 2019

Belçikada narazılığa səbəb olan pivə "Bazarstore"də - İnsan sidiyinin... - VİDEO

"Bazarstore" super marektində satışa çıxarılan pivənin üzərindəki şəkil mənfi reaksiyaya səbəb olub. . . Unikal.org-un məlumatına görə, pivənin üzərində tualet ehtiyacını ödəyən uşaq şəkli var. Bu da həmin pivənin tərkibində insan sidiyinin olduğu şübhəsini yaradır. İddia olunur ki, spermanı

11 iyun 2019

Enerji içkiləri ölüm saçır - ürək xəstəliyi, ani ölüm... - Qadağan edilə bilər mi? - Ekspert rəyi

Son illərdə ölkəmizdə enerji içkilərinin istifadəsi özünün pik həddinə çatıb. Hətta bəzi insanlar gün ərzində 2-3 enerji içkisi içdiklərini bildirirlər. Bu içkilərin daha çox yeniyetmələr arasında maraq qazanması isə məsələnin digər faciəvi tərəfidir.. . Enerji içkiləri sağlamlığımıza necə zərər vurur

11 iyun 2019

Miribiş ağanın nəvəsi: O papağın 80 yaşı var, qaloş deyilməsi xətrimizə dəyir - FOTO

Sosial şəbəkələrdə paylaşılan "Qaloş piri" ilə bağlı görüntülər seyid Miribiş ağanın nəvələrinin hiddətinə səbəb olub.. . Sonxeber.az xəbər verir ki, onun nəvələrindən biri – İsmayıl Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, babalarının papağının qaloş kimi təqdim olunması xoşlarına gəlmir.

11 iyun 2019