Həkimlər daha firma dərmanı yaza bilməyəcəklər - Yeni nəzarət mexanizmi

Həkimlər daha firma dərmanı yaza bilməyəcəklər - Yeni nəzarət mexanizmiİcbari Tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə eksklüziv məlumatı Sputnik Azərbaycan-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev verib.

Millət vəkili bildirib ki, bu proses icbari tibbi sığortanın tətbiqindən sonra tədricən işə düşəcək: "Çünki, icbari tibbi sığortanın tələblərindən biri xəstələrin tibbi protokola əsasən müalicə edilməsi məsələsidir. Həkimlər icbari tibbi sığorta sistemi Azərbaycanda tam işə düşəndən sonra məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər. Bu protokolda hansı xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd edilməlidir".

M. Quliyev qeyd edib ki, icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlər sığorta paketinə daxil olan dərmanları müalicə protokoluna əsasən xəstəyə yazmalı olacaqlar. Bu dərmanlar sığorta paketinə daxil olduğu üçün, eyni zamanda ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər".

Deputat bildirib ki, icbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edildikdən sonra həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan Təbib Publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək:

"Belə deyək ki, bu qurumlar həkimlərin xəstələrə yazdığı reseptləri izləyə biləcəklər. Çünki, həkim xəstəyə yazdığı resepti elektron sistemə daxil edəcək. Bu zaman həkimin xəstəyə müalicə protokoluna uyğun dərman yazıb-yazmadığına nəzarət olunacaq. Qeyd edim ki, bu sistem həkmlərin xəstələrə artıq və tibbi göstəriş olmadan dərman yazmasının da qarşısını alacaq. Həkimlərin beləcə tədricən dərman firmaları ilə iş birliyinə son veriləcək. Əgər hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da Təbib Publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək".

M. Quliyevin sözlərinə görə, bu, xəstələrin müalicəsinin keyfiyyətli aparılmasına mane olmayacaq:

"Çox təəssüf ki, bəzi insanlarda belə bir fikir formalaşıb ki, dərmanın qiyməti baha deyilsə, o, keyfiyyətli ola bilməz. Bu tamamilə yanlış yanaşmadır. Elə dərmanlar var ki, qutusunda Avropada istehsal olunduğu qeyd olunur, amma içərisindəki dərman Hindistanda hazırlanıb. Firma dərmanlarının da saxtalaşdırılması hallarına rast gəlinir. Əksinə, icbari tibbi sığortanın tam tətbiqindən sonra sığorta paketinə daxil edilən dərman preparatlarının keyfiyyətinə diqqət daha da artacaq. Sığorta paketinə ucuz olsa da, müalicədə sınaqdan keçirilən, amma keyfiyyətli dərman preparatları salınacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirdilər ki, artıq icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında dərman vasitələrinin təbliği mövcud qanunvericiliyə əsasən tənzimlənir: "Burada resept təyinatı məcburi olan bütün dərman vasitələrindən istifadə üçün resept yazmaq səlahiyyətinə sertifikasiyadan keçmiş həkimlər malikdirlər. Xəstəyə diaqnoz həkim tərəfindən qoyulur və müalicə həkim təyinatı üzrə aparılır".

Agentlikdən bildirdilər ki, reseptlə təyinatı məcburi olan bütün dərman vasitələrinin açıq təbliği və reklamı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir:

"Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış nəşrlərdə, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim olunmalıdır.

Sözügedən qanuna əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Qanunun müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlanmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1614   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart