Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLAR

Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLARRuslan Əlizamanov kimsəsizlər evində böyüyən milyonlarla insandan biridir. İmişlidə anadan olan Ruslanın valideynləri o, uşaq olanda ayrılıb. Bu ayrılıq isə indi 30 yaşı olan Ruslanın yolunu uşaq evinə salıb.

Oxu.Az kimsəsizlər evində böyüyən Ruslan Əlizamanovun həyat hekayəsini təqdim edir:

Kimsəsizlər evində böyüyən Ruslan deyir ki, o vaxtları xatırlamaqda çətinlik çəkir. Yaşamağa ev yox, sarılmağa valideyn yox... Kimsəsizlər evinə atılandan sonra valideynləri onunla heç vaxt maraqlanmayıb. Tək təsəllisi həyatını küçələrə bağlayan uşaqlardan fərqli olaraq, dövlət himayəsində olması olub:

Sevilməyən övlad olduğunu sənə hər gün hiss etdirirlər...

"Mən uşaq olduğum üçün o vaxt nə baş verdiyini anlamırdım. Valideynlərim ayrıldıqdan sonra anam Lənkərana gəlib və yenidən ailə qurmuşdu. Bir növ övlad kimi ögey atam məni qəbul etmirdi. Elə də xoşbəxt uşaqlığım olub desəm, yalan olar. Valideynlərim yanımda olanda belə onların nəvazişini hiss edə bilmədiyim üçün kimsəsizlər evində bu hissi o qədər də qəribsəmədim.

1998-ci ildə anamı itirdim. Onda mənim doqquz yaşım vardı. Ögey atam məni döyüb, əziyyət verirdi. Nəhayət, o gün gəldi və mən "ev" adlanan ocaqdan Lənkərandakı uşaq evinə verildim. İlk vaxtlarda çox çətin gəlirdi. Bizim vaxtımızda uşaq evlərində indiki kimi təmizlik, rahat şərait yox idi. Bəzən uşaqlarla yola getmirdik, bəzən də bir-birimizə sarılıb kövrəlirdik".

Ruslan deyir ki, uşaqlar evinə onları ziyarətə gələnlər olanda hamı ən təmiz paltarını geyinib, özünü səliqəyə salırdı:

"Bizi görməyə gələnlərə baxıb düşünürdüm, görəsən, hansı mənim anam olar?"

"Hərdən bizə paltarlar, ayaqqabılar, oyuncaqlar gətirirdilər. Heç birimizin seçim hüququ yox idi. Hərdən elə oyuncaq olurdu ki, mən onu çox istəyirdim. Amma məndən qabaq başqa uşaq götürürdü və o, artıq onun olurdu. Oynamağa belə verməzdilər. Uşaq evlərinə indiki kimi çox tez-tez gedilməzdi. Kimsə gələndə qaçıb təzə palarlarımızı geyinirdik ki, bizi qəşəng geyimdə görüb sevsinlər.

Bəlkə, kimsə bizi də öz uşağı kimi sevə bilər... Saçımızı sığallayıb beş dəqiqə bağrına basar. Bilirsiniz, biz ana ətrini unudan uşaqlar olmuşuq. Mənim anam yaşasaydı, bəlkə də, uşaqlar evinə düşməzdim. Amma nə anamın, nə də atamın ailəsi mənə sahib çıxdı. Bu həyatı yaşamağa məcbur qaldım. Belə-belə beş il geridə qaldı.

Nəhayət, bir gün bir ailə gəldi və məni övladlığa götürmək istədiklərini dedilər. Mən qorxurdum. Yenidən döyülmək, kiməsə öyrəşmək və yenidən atılmaq qorxusundan çəkinirdim. İstəmirdim, gedim. Amma sonra məni başa saldılar ki, bu, hər uşaq üçün şansdır. Get, ailən olsun, səni sevib qayğı ilə böyüdəcək anan-atan olsun. Beləcə, məni övladlığa götürdülər və həyatım tamamilə dəyişməyə başladı".

Ailəsi, qohumları haqqında da heç bir məlumatı olmadığını deyən Ruslan yeni ailəsinin ona qayğı ilə yanaşdığını, onun təhsil almasına şərait yaratdığını, əsgərlik dövründə ona dəstək olduğunu deyir. O qeyd edir ki, ögey anası öz anası kimi mehribandır:
Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLAR"Hazırkı anam-atam məni çox sevirlər. Məndən balaca bacım var, o belə məni öz doğma qardaşı kimi sahiblənir. İllər o qədər sürətlə keçir ki, mən özüm artıq ailəliyəm. Övladlarım var. Həyat yoldaşım o qədər gözəl insandır ki, mənim bütün yaralarım onunla sağaldı. Birlikdə bütün çətinliklərin öhdəsindən gəldik. Ailəmə, uşaqlarıma münasibətimə o qədər həssas yanaşıram ki, nəvazişsiz qalıb özlərini istənməyən övlad kimi hiss etməsinlər.

Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLARİşlərimi yoluna qoymağa mənə nazirlik çox kömək oldu. Əsgərlikdən qayıtdıqdan sonra qaldığım uşaq evinə getdim. Müəllimlərimi gördüm. Ordan məni yönləndirdilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna. Orada valideyn himayəsindən məhrum gənclər üçün "Məzun evi" Sosial Müəssisəsi yaradılıb. Həmin müəssisədə mənə kömək göstərdilər.

Həyatımda ən çətin məqamlardan biri evsizlik idi. Mənə ev hədiyyə etdilər. Ailəmlə bu gün həmin evdə yaşayıram. Sonra işlə bağlı mənə kömək etdilər. Oyun salonu işlətməyə başladım. Əziyyət çəkdim, yalnız bəhrəsini görürəm. Öz ayaqlarım üzərində durmağa nail oldum. Bu gün əlimdən gələni edirəm ki, övladlarım mənim yaşadıqlarımı nəinki yaşasınlar, heç hiss etməsinlər belə".

Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLARRuslan deyir ki, uşaq evlərinə gedəndə uşaqların ona baxışı hələ də ürəyini titrədir:

"Ruslan hələ də o uşaqların arasından mənə baxır..."

"Mən heç vaxt uşaq evlərindəki körpələri düşünmədən dayana bilmirəm. İmkanım olduqca onlara yardım edirəm. Ziyarət edirəm. Hər dəfə ora gedəndə elə bilirəm ki, o uşaqların arasından baxanlardan biri də mənəm. Uşaqlıq illərimin xatirələri məni tərk etmir. Amma mən o uşaqların içindən gəlmişəm. Onların məndən gözləntilərini daha yaxşı başa düşürəm. Əlimdən gəldiyi qədər onları əzizləyib, sevirəm. Həyat davam edir. Bir gün onlar da həyatda çox yaxşı yerlərə gəlib çıxacaqlar. Buna səmimi qəlbdən inanıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3375   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021