Deputat: "30 ilə yaxındır ki, başımızın altına yastıq qoyub bizi yuxuya verirlər"

Deputat: "30 ilə yaxındır ki, başımızın altına yastıq qoyub bizi yuxuya verirlər""Erməni tərəf bunu gizlətmir, erməni tərəf deyir ki, mən istədiyim vaxt bunu etmişəm, edirəm, gələcəkdə də edəcəm və yaxşı da edirəm". Sonxeber.az xəbər verir ki, bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistan müdafiə naziri David Tonoyanın Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verməsinə münasibət bildirərkən deyib.

O iki ölkə arasında gedən danışıqlar prosesinin Ermənistana sərf etdiyini söyləyib: "Bu gedən danışıqlar 30 ilə yaxındır ki, başımızın altına sarsaq bir yastıq qoyub bizi yuxuya verir. Bu vaxt erməninin xeyrinə işləyir. Bəli, erməni tərəf bunu gizlətmir. Erməni tərəf deyir ki, mən istədiyim vaxt bunu etmişəm, edirəm, gələcəkdə də edəcəm və yaxşı da edirəm. Paşinyan da, müdafiə naziri də, digərləri də deyirlər ki, bəli biz tapşırıq vermişik ki, hər gün Azərbaycan hərbçisi şəhid edilməlidir ki, qoy Azərbaycan qorxu içində yaşasın".

Deputat bildirdi ki, düşmən darmadağın edilərək Azərbaycan torpağından çıxarılmalıdır və onlar bizim gücümüz qarşısında diz çökməlidirlər: "Düzdür, Azərbaycan ordusu verilən hər şəhidin əvəzində düşmən ordusunun bir neçə hərbçisini məhv edir, ancaq məni bu qane etmir. Mən istəyirəm ki, hər şəhidimiz üçün Azərbaycan ordusu elə güclü bir əməliyyata başlasın ki, erməninin külli miqdarda hərbçisi və sursatı məhv edilsin. Ermənistan başa düşsün ki, Azərbaycan ordusu hansı bir gücə malikdir. Ümumiyyətlə isə mən belə düşünürəm ki, düşmən tərəfin rəhbərlərinin axmaq danışıqlarının qarşısını almaq üçün bunlara layiqli dərs verilməlidir. Düşmən darmadağın edilərək Azərbaycan torpağından çıxarılmalıdır. Onlar bizim gücümüz qarşısında diz çökməlidir. Bax onda bunların qarşısı alınacaq. Onda bu səslər kəsiləcək və bu bəyanatlara son qoyulacaq".

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə David Tonoyan "Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən" hərbçilərə yüksək mükafatlar təqdim edib. Məlumata əsasən hərbçilər onlara verilmiş tapşırığı "yüksək səviyyədə" yerinə yetiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2354   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021