Şeyxdən Keşikçidağ AÇIQLAMASI: erməni izi var...

Şeyxdən Keşikçidağ AÇIQLAMASI: erməni izi var...Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı açıqlama verib.

Sonxeber.az xəbər verir ki, şeyxülislam azərtac-a istinadən deyib ki, məlum olduğu kimi, mən adətən siyasi mövzulara toxunmamağa üstünlük verirəm, lakin mövzu Vətən, xalq maraqlarıdırsa, ona xələl gətirmək cəhdlərinə biganə qalmaq olmur:

"Bu yaxınlarda bölgəmiz xaricində yaşayan Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanat verməsi bölgə xalqlarının hiddətinə səbəb olub. Əfsuslar olsun ki, Uca Yaradanın buyurduqlarına deyil, siyasi liderinin istəklərinə uyğun mövqe sərgiləyən bu din adamı öz ambisiyaları naminə siyasi alətə çevrilib. Siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi, bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir. Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir. Bu yolda dividend yığmaq məqsədilə I Aram işğal olunmuş Qarabağ torpaqlarına dəfələrlə səfər edib. İndi isə yeni liderlərin diktəsi, siyasi dirijorluğu ilə bölgəni çalxalamaq, dini savaşın ideoloqu kimi çıxış etmək niyyətindədir.

Bu hərəkətlər və məsuliyyətsiz bəyanatlar, habelə Njde kimi faşist ideologiyası ardıcıllarının ermənilər tərəfindən qəhrəman səviyyəsinə qaldırılması kimi hallar, birmənalı şəkildə, Qafqazda sülhə, sabitliyə zərbə vurur. Münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosunun məramı aydındır. Bütün ermənilərin Katolikosu II Qareginin bu məsələyə niyə susmasının səbəbi isə bəlli deyil. Özü də dəfələrlə Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa səfərlərində iştirak edən, onların önündə getməklə siyasilərin əsiri kimi çıxış etmiş olan II Qaregin zəbt etdikləri Azərbaycan torpaqlarının işğalına mənəvi haqq qazandırmaq istəyir. Unudur ki, sülhməramlı görüşlərimizdə imzaladığımız Birgə bəyannamələrdə biz xalqlarımızın dinc yanaşı yaşaması naminə yalnız sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına yardım göstərəcəyimizə ümidimizi ifadə etmişik.

Qətiyyətlə bildiririk ki, bu yöndə hər hansı təxribatlara imkan vermək, belə avantüralara biganə qalmaq olmaz. I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır. Zənnimizcə, ilk növbədə, erməni xalqı özü belə təxribatlara münasibət bildirməlidir. Biz, öz növbəmizdə, Qafqaz Müsəlmanları İdarəsi olaraq, Katolikos I Aramdan belə məsuliyyətsiz, qızışdırıcı mahiyyətli bəyanatlarına son verməyi tələb edirik.

Bu məqamda tarixi mənbələrə istinadən bir neçə faktı xatırlatmaq istərdim. XIX əsrin əvvəllərindən etibarən Türkiyə və İrandakı erməni əhalisinin əksəriyyəti kütləvi şəkildə Qafqaza, xüsusilə, Azərbaycana yerləşdirilmişdir. Qarabağa köçürülən ermənilər 1978-ci ildə Mardakertdə - adı dəyişdirilən Ağdərədə (indiki Tərtər rayonunun Şıxarx kəndində) - bu ərazilərə köçmələrinin 150 illiyi ilə əlaqədar abidə də ("Marağa-150") ucaltmışdılar ki, iddialarına, maraqlarına uyğun gəlməməsi səbəbindən sonradan sökülmüşdür.

Bütün saxtalaşdırma cəhdlərinə baxmayaraq, tarixi həqiqət bundan ibarətdir ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Ermənilərin Azərbaycan torpaqlarına köçmə tarixləri ilə üst-üstə düşən bu acı xronikada Azərbaycan torpaqlarının 1988-ci ildən başlanan işğalı ən qanlı səhifə oldu. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində deportasiyası, bir milyondan artıq soydaşımızın qaçqın, məcburi köçkün həyatı yaşamağa vadar edilməsi, işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizin, milli-dini sərvətlərimizin məhv edilməsi, Xocalıda soyqırımı – bütün bunlar xalqımızın ən yaxın tarixində erməni ideoloqlarının "böyük Ermənistan" iddiaları səbəbindən yaşadığı faciələrdir. Münaqişə başlayan zamanlarda bir faciə də yaşana bilərdi ki, onun qarşısını biz çətinliklə də olsa ala bildik. Bu, münaqişənin dini müstəviyə keçməsinə imkan verməməyimiz sayəsində oldu. Buna o zaman da ciddi cəhdlər var idi - Ermənistan tərəfi siyasilərin təhriki ilə münaqişəni xristian-müsəlman qarşıdurmasına çevirərək xristian və müsəlman dünyalarını üz-üzə qoymaq niyyətində idi.

Biz, Qafqazın dini liderləri dəfələrlə bir araya gələrək bölgəmizin sabitliyi, xalqlarımızın səadəti naminə bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həlli üçün səylərimizi göstərmişik. Uzun onilliklər davam edən, təkcə bölgəmizdə deyil, dünyada sülh üçün təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurasının vasitəçilik missiyalarının, Gürcü Pravoslav Kilsəsi rəhbərinin iştirakı ilə müxtəlif illərdə baş tutan çoxsaylı sülhməramlı görüşlərimizdə Azərbaycan və Ermənistan dini liderləri olaraq, münaqişənin heç bir vəchlə dini səciyyə daşımadığını öz birgə bəyanatlarımızda ifadə etmişik. Bununla, siyasi məqsədlər naminə xalqlarımızın dini zəmində qarşıdurmasının qarşısını almışıq. Bu işdə xüsusən Rus Pravoslav Kilsəsinin müstəsna rolu danılmazdır. Mərhum Patriarx II Aleksinin, hazırkı Patriarx Zati-müqəddəsləri Kirillin əsl dini lider missiyasına uyğun sülhməramlı vasitəçilik fəaliyyəti ən yüksək təqdirə layiq örnək nümunədir. Bu istiqamətdə dəyərli səylərinə, dəyişməz mövqelərinə görə biz Rus Pravoslav Kilsəsinə və onun rəhbərlərinə hər zaman minnətdarıq.

Biz dini liderə xas ağsaqqal mövqeyinin, müdrik yanaşmanın bariz nümunəsini Qafqazın qocaman din xadimi - Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın timsalında görürük. Son aylar gürcü dindarlar üçün önəmli ziyarət məkanı olan - Azərbaycan ərazisində yerləşən Keçikçidag məbəd-kompleksi ətrafında yaranmış məsələdə biz Gürcü Pravoslav Kilsəsi rəhbərinin təmkinli, xalqlarımız arasında sülh və qardaşlığın qorunub saxlanılmasını prioritet sayan yanaşmasının şahidi olduq. Bu sərhəd məsələsinin Gürcüstan və Azərbaycan rəsmiləri tərəfindən tezliklə həllini tapacağına ümidvar olduğunu bildirən Patriarx II İliya həzrətlərinin məsələni kənardan körükləyənlərə qarşı kəskin təpki və ciddi etirazı da özünü gözlətmədi. Gürcüstan Patriarxı bu məsələdə maraqlı olan kənar qüvvələrin, üçüncü tərəfin rolunu da istisna etmədi və bunun yolverilməz olduğuna dair qətiyyətli mövqe bildirdi. Bu müdrik ağsaqqal missiyasına görə Ümumgürcüstan Katolikos-Patriarxı II İliyaya dərin təşəkkürlərimizi bildiririk. Zənnimizcə, Patriarxın işarə etdiyi qızışdırıcı üçüncü qüvvə rolunda dost, qardaş Azərbaycan və gürcü xalqları arasında nifaq yaranmasını arzulayan ermənipərəst ünsürlərin təxribatçı rolu istisna oluna bilməz.

Əslində erməni izi, dünyanın harasında olursa olsun, Azərbaycana qarşı bütün məsələlərdə hiss edilir. Ölkəmizdə terror hadisələrindən başlayaraq, ölkə xaricində Azərbaycana qarşı təxribat, mənəvi-ideoloji təzyiq vasitələrinədək əl atmaları erməni ekstremistlərinin səciyyəvi cəhətləridir. Təsadüfi deyil ki, bu yaxınlarda azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvadan deportasiya edilməsi məsələsinin gündəmə gəlməsində aşkar erməni təsiri və təəssüflər olsun ki, ermənipərəst mövqedən çıxış etmə amili nəzərə çarpır. Əslən Qarabağdan olan, erməni təbliğatının qarşısını savadlı jurnalist olaraq alan, əsl vətəndaş mövqeyi nümayiş etdirən vətənpərvər insan F. Abbasovun Rusiyada varlığı, özəlliklə, azərbaycanlılar və çeçenlər arasında qarşıdurmaya dair erməni təxribatlarının qarşısını almaq yönündə fəaliyyəti ermənipərəstlərə sərf etmədi. Biz azərbaycanlılar həmyerlimiz Fuad Abbasova qarşı uydurma ittihamların götürülməsini, onun azad olunmasını istəyirik. Biz, dindarlar onun şəxsiyyətini və vətənpərvər fəaliyyətini yüksək dəyərləndirir, onun haqlarının müdafiəsini vacib sayırıq. Bu, bizim vətəndaşlıq borcumuz, haqqın yanında olmaq istəyimizdir. Şeyxülislam olaraq, dindarlarımızın mövqeyini və şəxsən öz mövqeyimi ifadə edərək həqiqətin öz yerini almasında, Rusiya və Azərbaycan qanunları çərçivəsində ədalətli həllini istəyirik.

Siyasi, dini, ideoloji, hərbi sahədə bütün təxribatlara baxmayaraq, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinə, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinə ümidlə baxır, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə qeyd-şərtsiz əməl olunmasını tələb edir, dünya birliyinin, ATƏT-in Minsk qrupunun sülhyaratma səylərindən real nəticələr gözləyirik. Dini liderlər, öz növbəsində, sülh və ədalətin bərpası naminə bu səylərə öz mümkün dəstəklərini əsirgəməməlidirlər.

Biz, dini liderlər Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdan çıxış edərək, xalqlarımız və dövlətlərimiz arasında ədalətli sülhə və anlaşmaya, dinc yanaşı yaşamağa nail olmaq, qarşılıqlı etimadın gücləndirilməsi üçün bu addımları atmışıq və bundan sonra da davam edəcəyik. Bütün dinlər sülhə, barışa çağırır, ölümə deyil, həyata dəvət edir. Din buna xidmət etməlidir və dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət olmalıdır.

Qoy Uca Yaradan Qafqaz torpağında daimi və ədalətli sülhü bərqərar etsin, xoşbəxtlik və səadəti xalqlarımız üzərindən əsirgəməsin. Amin!".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1307   Tarix: 11 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Aqil Qurbanova daha bir vəzifə verildi - FOTO

Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid

19 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart
.

İlham Əliyev Vladimir Putini təbrik edib

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18 mart