Dondurma təhlükəsi – necə qorunaq?

Dondurma təhlükəsi – necə qorunaq?AQTA: "Dondurma süd məhsulu olduğu üçün onun tərkibinə ancaq kərə yağı vurulmalıdır"
Havalar isindikcə dondurmaya da tələbat artır. İstənilən mağazada müxtəlif çeşidlərdə, müxtəlif ölkə istehsalı olan dondurmalar satılır. Hazırda ölkə bazarında daha çox yerli, Türkiyə və Rusiya istehsalı olan dondurmalardır. Əlbəttə ki, xaricdən gətirilən dondurmalar yerli istehsala nisbətən 2 dəfəyə qədər baha qiymətə satılır.

Bəs ləzzətlə yediyimiz dondurmaların hamısı keyfiyyət tələblərinə cavab verirmi? Əlbəttə ki, yox. Dəfələrlə satışda vaxtı keçmiş, keyfiyyəti aşağı olan dondurmalara rast gəlirik, hansı ki, insan orqanizmində fəsadlara, zəhərlənmələrə yol açır. Bəzi dondurmaların üzərində istehsal olduğu məkan və tərkibi belə qeyd edilmir. İddialara görə, həmin dondurmalar zirzəmilərdə, anti-sanitariya şəraitində hazırlanan məhsullardır.

Qeyd edək ki, son illərdə Bakının mərkəz hissələrində, xüsusən də İçərişəhər daxilində və ətrafında əyləncəli formada türk dondurmaları da satılır. Belə ki, satıcı dondurmanı alıcıya bir neçə dəqiqəlik oyun formasında - aldadaraq, zarafat edərək təqdim edir. Bu oyun daha çox uşaqları və turistləri özünə cəlb edir. Dondurmanın qiyməti də o qədər də ucuz deyil - 2 manat. Dadına gəldikdə isə çoxlu sayda alıcı var ki, bu dondurmanın həm keyfiyyətindən, həm də dadından narazılıq edir. Onun hansı şəraitdə hazırlandığı, tərkibinin nədən ibarət olduğu isə məlum deyil.

Bəs aidiyyəti qurumlar, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi dondurmaların istehsalı ilə bağlı məsələyə necə nəzarət edir?

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal edilən və idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: "Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Agentlik yayın gəlişi ilə əlaqədar dondurma məhsullarının istehsalına nəzarəti gücləndirib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər".

Məlumatda qeyd edilib ki, kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır: "Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində indriqiyentlər mümkün qədər az və 40% süd olmalıdır.

Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.

Növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda - 18°C-də saxlanılmalıdır.

Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir. Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür".

Mütəxəssislər qeyd edir ki, keyfiyyətli dondurmanın tərkibində mütləq süd, şəkər, kərə yağı, yumurta olmalıdır. Həmçinin dad və ətirverici maddələr, stabilləşdiricilər əlavə olunur. Əgər dondurmanı dilin üstündə qoyduqda acı dad verərsə, deməli, tərkibinə kərə deyil, marqarin, bitki yağı qatılıb. Dondurma süd məhsulu olduğu üçün onun tərkibinə ancaq kərə yağı vurulmalıdır. Yalnız bu halda dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verir, yəni yararlıdır.

Dondurma alarkən daha bir məqama diqqət etmək lazımdır - onun kağızına. Əgər dondurmanın kağızı əzikdirsə, mütləq onu almaqdan çəkinmək lazımdır. Bu onu göstərir ki, dondurma bir dəfə əriyərək, yenidən dondurulub və bu da insan orqanizmi üçün təhlükəlidir və çirklənmiş məhsul hesab olunur.

Həmçinin dondurma ən yaxşı halda, 18 dərəcə temperaturda 6 ay saxlanıla bilər. Lakin əgər məhsul satışa çıxarılırsa, tez bir zamanda satılmalıdır. Uzun müddət mağazaların soyuducularında qalan dondurmaların insanlarda mədə-bağırsaq xəstəlikləri yarada biləcəyi deyilir. Bununla bərabər dondurma üzərində qumabənzər köpüklü əlamət olmamalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir.

Dondurma vazkeçilməz qida olsa da ondan da qaydasında istifadə etmək məsləhət görülür. Məsələn, ekspertlər bildirir ki, birdəfəyə 300-400 qramdan çox dondurma qəbul etdikdə, bu, insanın bədən temperaturunu aşağı sala, hətta ölümə səbəb ola bilər. Diabetli xəstələr isə şokoladlı dondurmadan imtina etməlidir.

Ədədlə satılan - xırda, çəkilib-bükülmüş dondurmalar vafli, qapaqlı polistirol və parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır. Açıq şəkildə çəki ilə satılan dondurmalar daxildən qalaylanmış qapağı möhkəm örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər.

"Yeni Müsavat"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1219   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel