Rövnəq Abdullayev təcili iclas keçirdi
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.
Sonxeber.az "Qafqazinfo"ya istinadan xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.
Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.
İdman Baxılıb: 5808 Tarix: 12 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş