AFFA: Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq

AFFA: Yurçeviçlə davam etsək, eyni nəticələr olacaqAvro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya biabırçı hesabla uduzması narazılıqla qarşılanıb. Bunun nəticəsi kimi, oyundan dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və yığmamızın baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb edilib.

Sonxeber.az xəbər verir ki, "Qafqazinfo"ya açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da oyundan dərhal sonra təcili toplantı keçirildiyini təsdiqləyib:

"Çox danışmağa ehtiyac yoxdur. Pis oyun keçirdik. Əvvəl elə idi ki, meydanda bizi qane etməyən oyun tabloda razı salırdı və ya əksinə olurdu. Ancaq dünən nə meydandakı, nə də tablodakı oyun bizi qane etdi. Buna görə də oyundan dərhal sonra İcraiyyə Komitəsinin üzvləri təcili toplantı keçirərək millimizin baş məşqçisi Nikola Yurçeviçdən hesabat tələb etdi".

Vaqif Sadıqov açıqlamasında Yurçeviçin istefaya göndərilməsi ehtimalından da söz açıb:

"Hazırda belə vəziyyətdə nəsə demək çətindir. Yurçeviçə İcraiyyə Komitəsinin narazılığı bildirilib. Yaxından ondan hesabat tələb olunacaq və o zaman müzakirə aparılacaq. İndidən nəsə deməyə çətinlik çəkirəm. Geniş müzakirələrə ehtiyac var. Görünən odur ki, Yurçeviçlə davam etsək, eyni nəticələr olacaq. Lakin hər şeyi baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Bu, komanda işidir. Biz Yurçeviçi milliyə baş məşqçi təyin edəndə, o, bizə Azərbaycan futbolu ilə yaxından tanış olduğunu bildirmişdi. Tezliklə güclü bir komanda yaradacağını demişdi. Ancaq təəssüf ki, bunun şahidi olmamışıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1115   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

Çempionlar Liqası üçün təhlükə: İŞİD terror törətməklə hədələyir

İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir. -in xəbərinə görə, bu barədə "Marca" nəşri yazır. Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizli

9 aprel
.

Alves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı

Braziliya millisinin və "Barselona"nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb. Martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb

6 aprel
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12 aprel
.

"Formula 1" Yaponiya Qran Prisinin qalibi bəlli oldu

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının dördüncü mərhələsinin - Yaponiya Qran Prisinin qalibi olub. Yarış "Suzuka" trekində baş tutub. Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü "Ferrari"

7 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

"Mən gizlənməyəcəyəm" - Mbappe "Barselona" ilə oyun haqqında

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşıdakı ilk oyundan danışıb. "Böyük oyunçuların vaxtı çatıb. Mən hazıram və həmişə olduğu kimi, gizlənməyəcəm. PSJ-nin göstərdiyi dinamikanı nəzərə alsaq, əminəm ki, əlimizdən gələni edəcəyik və yeku

8 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14 aprel