Sabah Bakıda ilin anlaşma müqaviləsi imzalanacaq

Sabah Bakıda ilin anlaşma müqaviləsi imzalanacaqSabah Dövlət Gömrük Komitəsi İBM şirkəti ilə yükdaşıma sahəsində anlaşma müqaviləsi imzalanacaq.

"Report"un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "İnformasiya Texnologiyaları Konfransı və Sərgisi"ndən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olduqca mühümdür: "Sabah Dövlət Gömrük Komitəsi ilə İBM şirkəti arasında yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə ilə bağlı müqavilə imzalanacaq".

Komitə sədri bildirib ki, bununla da bu müqavilə Azərbaycanda istifadəsində bir ilk olacaq: "Blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi deməkdir. Bu texnologiyanın ölkəmizə gətirilməsi sürətli keçid əməliyyatının daha sürətləndirilməsi, asanlaşmasında, sahibkarların idxal-ixrac əməliyyatlarında işinin daha da asanlaşması üçün atılacaq bir addım olacaq. Avropadan və dünyanın istənilən yerindən Azərbaycana gələn yük barəsində bütün məlumatları – onun həcmi, hansı şirkətə məxsuis və istehsal məlumatları olması barədə ilkin məlumatları əldə edəcəyik".

Komitə sədri bildirib ki, bu texnologiyanın tətbiqi onlayn olaraq bütün qurumlara istifadə etməyə imkan verəcək və bu məlumatlar bizim bazaya inteqrasiya edilməsinə imkan verəcək.

S. Mehdiyev deyib ki, hazırda mütəxəssislər bu sahədə çalışırlar: "İlin anlaşma müqaviləsi sabah imzalanacaq və qısa müddətdə tətbiqinə başlanılacaq. Gələcəkdə bu texnologiya həm hava, həm də quru daşımalarında da öz əksini tapacaq".

"Artıq bundan sonra biz hansı konteynerin harada olması haqqında məlumat əldə edəcəyik. Bunun üçün isə heç kimə müraciət etməyə ehtiyac olmayacaq. Bütün məlumatlar bizim sistemə avtomatik inteqrasiya ediləcək".

DGK sədri deyib ki, ilin sonuna qədər bu razılaşmanın təbiqi mümkün olacaq.

S.Mehdiyev həmçinin digər ölkələrlə də blokçeyn texnologiyalarının tətbiqi sahəsində də anlaşmaq üçün hazırlaşdıqlarını əlavə edib:

"Bundan başqa Azərbaycan bir çox dövlətlərlə blokçeyn texnologiyasının layihəsi üzərində ikitərəfli və çoxtərəfli şəkildə işləyir. Xüsusən də GÜAM ölkələrini təmsil edən təşkilatla layihəmiz artıq başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstanla Moldova da ona dəstək verir. Normal bir model ortaya qoymaqla o texnologiyanın üstünlüklərindən istifadə edəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 971   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021