Qarabağda müharibə RİSKİ: "Azərbaycan həmin obyektlərin ətrafını vursa…"

Qarabağda müharibə RİSKİ: "Azərbaycan həmin obyektlərin ətrafını vursa…"Son günlər cəbhə xəttində erməni tərəfinin təxribatları artıb. Bu durum may ayının 30-u Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Omarovun şəhid olmasından sonra daha çox hiss edilməyə başlayıb.

İyunun 9-da isə cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov şəhid olub.

Cəbhədəki vəziyyətin gərginləşməsinin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə necə təsir edəcəyi isə sual altındadır.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a deyib ki, danışıqların olub-olmaması vəziyyətə təsir baxımından o qədər də vacib deyil.

Zülfüqarovun fikrincə, Ermənistan rəhbərliyi real danışıqlar prosesini tam şəkildə pozur:

"Hətta atəşkəs rejiminə aid razılaşmalar açıq şəkildə pozulub. Deməli, onlar bilərəkdən sülh istəmirlər. Ermənistan fərqli yolu – müharibəni seçib. Düşmən daxildə olan qarşıdurmanın qarşısını almaq üçün müharibəyə can atır. Nikol Paşinyan sonuncu dəfə Qarabağda olarkən əvvəlki rəhbərlərin tərəfdarlarına qarşı sərt addımlar atıb. Nəticədə siyasi böhran baş verib. Bunun qarşısını almaq, müharibə vəziyyətini bərpa etmək, xarici düşmən formalaşdırmaq Paşinyan üçün vacibdir. Baş nazir başa düşür ki, onu Rusiya tərəfindəki müxalif qüvvələr dəstəkləyir. Paşinyan və onun tərəfdarları inanmırlar ki, Rusiya tərəfi torpaqların ermənilərdə qalmasına təminat verəcək. Ermənistan cəmiyyətində belə fikir yaranıb, müharibə başlasa, rəsmi Moskva Ermənistana yardım etməyəcək. Bu cür inamın formalaşması erməni rəhbərliyinə imkan verir ki, qərbyönümlü siyasəti seçsin".

Eks-nazir bildirib ki, Nikol Paşinyan ictimaiyyəti çaşdırmaq üçün manevr edib, əvvəlcədən "Qarabağ klanı"nı ittiham edir, müharibənin başlamasında onları günahlandırır.

"Əslində isə hərbi əməliyyatların başalması Paşinyan qruplaşmasının xeyrinədir".

Politoloq Qabil Hüseynli isə düşünür ki, danışıqlar prosesi artıq alt-üst olub:

"Erməni rəsmilərinin son bəyanatları danışıqların predmetinə zərbə vurur. Düşmən tərəf iddia edir ki, hər hansı torpağın qaytarılması danışıqların müzakirə mövzusu ola bilməz. Ermənilər bu cür mənasız bəyanatlarla vaxt udmağa çalışırlar.

ATƏT-in Minsk qrupunun fəaliyyətində sanki pauza yaranıb. Ermənilər isə danışıqlarda bir növ özlərini naza qoyublar. Hazırkı proseslər sübut edir ki, başqa çıxış yolu yoxdur, söz ordunundur. 20 minlik şəxsi heyətlə müharibənin başlamasını nəzərdə tutmuram. Lokal toqquşmalar şəklində cəbhə xəttində vəziyyət dəyişə bilər. Biz bilməliyik ki, müharibəsiz öz niyyətimizə çata bilməyəcik, torpaqlarımızı qaytarmayacağıq. Mən düşünürəm ki, yerli əhalidən ibarət hazırlıqlı partizan qruplarının düşmənin daxilinə göndərilməsi müsbət rol oynaya bilər. Düşmənə zərbə vuracaq mövqelər seçməliyik. Məsələn, Sərsəng su anbarı Dağlıq Qarabağın canıdır. Ordumuz isə Sərsəng su anbarının 4-5 kilometr aralığındadır. Ona görə, həmin obyektlər ətrafında həyata keçirilən əməliyyata heç kim qarışa bilməz. Bu metodu tətbiq etsək, Qərb dövlətləri də işimizə qarışa bilməz. İstənilən halda danışıqlar məsələsi bu gün gündəmdə deyil"-deyə Q.Hüseynli qeyd edib.

Siyasət   Baxılıb: 1342   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Baş nazirdən mühüm QƏRAR

Quba şəhərinin Baş planı təsdiq edilib.. . Sonxeber.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.. . Qərarla Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair "Quba şəhərinin Baş planı" təsdiq edilib.

12 iyun 2019

Kaspşik Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.. . Trend-in erməni KİV-ə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişənin nizamlanması və sülh şəraitinin yaranmasına təsir edəcək məsələlər müzakirə edilib.

12 iyun 2019

Prezident və birinci xanım açılışda iştirak ediblər

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər.

12 iyun 2019

Düşmən mövqelərimizə 8 mərmi atdı - Cəbhədən XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan (8 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.. . Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnosels

12 iyun 2019

Kremlin prinsipiallıq və təmizlik nümunəsi olan "qaloşlu adamı" – O, erməni birinci katibi necə susdurdu?

"Qaloş möcüzəsi" bir günlük də olsa gündəmi zəbt etdi. Təbii ki, "qaloşlu kişi" uzun müddət müzakrə obyektində qala bilməzdi. Amma yaxın tariximizdə, SSRİ məkanında digər bir "qaloşlu kişi" düz 35 il Mərkəzi Komitənin katibi olaraq ölkənin siyasi müstəvisində həmişə diqqə

11 iyun 2019

Stalin ön cəbhəyə gedirmişmi? – şahidlər təsdiqləyir, şəkkaklar onun oxşarından danışır

İosif Stalinin siyasi fəaliyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də 1941-1945-ci illərdə maharibə zamanı onun ağır döyüşlər gedən cəbhələrə gedib-getməməsidir. İstər hakimiyyətdə olduğu dövrdə, istərsə də vəfatından sonra bu mövzu qapalı, yaxud da açıq şəkildə fərqli arqumentlərl

11 iyun 2019

Deputat: "30 ilə yaxındır ki, başımızın altına yastıq qoyub bizi yuxuya verirlər"

"Erməni tərəf bunu gizlətmir, erməni tərəf deyir ki, mən istədiyim vaxt bunu etmişəm, edirəm, gələcəkdə də edəcəm və yaxşı da edirəm". Sonxeber.az xəbər verir ki, bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistan müdafiə naziri David Tonoyanın Azərbayca

11 iyun 2019

TƏCİLİ: Ramil Usubovdan vacib təyinat

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. . . Oxu.Az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə görə, polis polkovniki Elfan Əliyev DİN-in Maliyyə-plan İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. . . O, bundan əvvəl idarədə şöbə rəisi vəzifəsind

11 iyun 2019

Şeyxdən Keşikçidağ AÇIQLAMASI: erməni izi var...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı açıqlama verib.. . Sonxeber.az xəbər verir ki, şeyxülislam azərtac-a istinadən deyib ki, məlum olduğu kimi, mən adətən siyasi mövzulara toxunmamağa üstünlük verirəm

11 iyun 2019