Yaxın Şərqin QORXULU RÖYASI - F-35 qırıcıları Türkiyəyə gəlsə...

Yaxın Şərqin QORXULU RÖYASI - F-35 qırıcıları Türkiyəyə gəlsə...F-35 döyüş təyyarələri Türkiyəyə verilməsə, Ankaranın yaxın Şərqdəki statusu bundan təsirlənəcək və bu səbəbdən İsrail üçün gələcəkdəki "potensial təhlükə" aradan qalxacaq.

Publika.az xəbər verir ki, bu iddia İsrailin məşhur "Haaretz" nəşrində yayımlanan analizdə yer alıb.

Rusiyanın Türkiyəyə tədarük edəcəyi S-400 zenit raket kompleksinə görə ortaya çıxan ABŞ-Türkiyə gərginliyinə İsrailin perspektivindən yanaşan nəşr bildirib ki, F-35-lərin Türkiyəyə verilməməsi qərarı İsraildə rəğbətlə qarşılanacaq. Analizin davamında Türkiyənin döyüş təyyarələri proqramındakı mövqeyi, üzərində götürdüyü vəzifələr və verəcəyi faydalar xatırladılıb. Bu qismdə qeyd edilib ki, Türkiyə proqramdan çıxarsa, İsrail məmnuniyyətlə onun yerini doldurmağa hazırdır.

Nə olmuşdu?

Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan Türkiyənin Müdafiə naziri Hulusi Akara yazdığı məktubda S-400-lərin tədarükünün dayandırılmaması təqdirində, Türkiyəyə qarşı ciddi addımların atılacağını və F-35 döyüş təyyarələrinin istehsal proqramından çıxarılacağını qeyd etmişdi. Bu açıqlamadan sonra Pentaqonun mətbuat katibi Mayk Endryus türk pilotlarının F-35 təlimlərinin dayandırıldığını açıqlamışdı.

ABŞ-la Türkiyə arasındakı gərginlikdən faydalanmaq istəyən digər bir ölkə isə Polşadır. Bu ölkə ABŞ-ın Türkiyəyə vermək istəmədiyi F-35 təyyarələrini almaq istəyir.

ABŞ-a təhdid

"Defence News"un xəbərinə görə, F-35 təyyarələrinin istehsal proqramında yer alan iki ölkə ABŞ-ı təhdid edib. Bildiriblər ki, təyyarələrdə istifadə olunan "Autonomic Logistics Information System-ALIS"də (Avtonom Logistik İnformasiya Sistemi) çıxan problemə görə layihədən çəkilə bilərlər. Xəbərdə ölkələrin adları açıqlanmayıb.

ALIS nədir?

Avtonom Logistik İnformasiya Sistemi ilə F-35 təyyarələrinin bütün bilgiləri ABŞ-da və təyyarələri istehsal edən "Lockheed Martin" şirkətində toplanır. Mövcud vəziyyətdə F-35 təyyarəsindən istifadə edən ölkələrin ehtiyacı olan bütün logistik dəstək ABŞ-dan təmin olunur. F-35-in istehsalı və ondan istifadə edən ölkə sayı kifayət qədər olanda ölkələr arasında qurulması planlaşdırılan sistemdə yenə ana baza ABŞ olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1397   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021