Elmar Məmmədyarovun AFFA-da nə işi var, futbol bilir? - Deputat

Elmar Məmmədyarovun AFFA-da nə işi var, futbol bilir? - DeputatFutbolu futbol mütəxəssisləri müzakirə etməlidirlər. Məsələn Elmar Məmmədyarovun AFFA-nın İcraiyyə Komitəsində nə işi var?

Bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas millimizin dünən Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.

Onun fikrincə Azərbaycanda futbolun bu səviyyədə olmasına səbəb regionlarda bu sahəyə olan diqqətsizlikdir: "Azərbaycan milli komandasının yaxşı oynaması üçün regionlarda futbol inkişaf etməlidir və uşaq futboluna xüsusi diqqət göstərilməlidir. Azərbaycanda futbol yetişdirən rayonlar olub, Lənkərandır, Tovuzdur, Gəncədir, Ağdamdır, Bakı öz yerində, Quba və Zaqatalada da son zamanlar inkişaf var idi. Yəni regionlarda futbol sahəsində inkişaf olmazsa, büdcə qoyulmazsa bu iş alınan deyil. Düzdür regional turnirlər keçirilir amma, bu çox zəif təşkil olunur".

A. Abbas, yüksək liqada 16 komanda olacağı təqdirdə seçim şansının artacağını deyib: "Əgər yüksək liqada 16 komanda olarsa həm futbolçuların təcrübələri artar, həm də seçim şansı çoxalır. Yoxsa 8 komanda, hansı ki onun da yarısı xaricilərdir, yerdə qalır 50 futbolçu, burdan nə seçə bilər ki baş məşqçi? Futbolçu çatışmazlığı var. I divizyonun da səviyyəsi aşağı olduğu üçün oradan da milliyə oyunçu dəvət etmək mümkün deyil. Ona görə də gərək yüksək liqadakı komandaların sayı artırılsın. Mən hər zaman demişəm, həllə biz uzun müddət yerli məşqçilərlə işləməliyik. Çünki burada məşqçi ilə futbolçu arasındakı ünsiyyət əsas faktorlardandır. Yoxsa Yurçeviç gəlib, xoş gəlib. İşini görüb maaşını alır. Millinin oyunundan üç gün əvvəl gəlir Bakıya, sonra da çıxıb gedir evinə".

Deputat bildirdi ki, futbol mütəxəssislərin ixtiyarına verilməlidir: "AFFA region liqaları yaratsa da bu uğursuz oldu. Bu məsələni oturub futbol mütəxəssisləri müzakirə etməlidirlər. AFFA İcraiyyə komitəsi var. Məsələn Elmar Məmmədyarovun orada nə işi var? Futbol bilir? Təbii ki, orada əsl mütəxəssislər də var. Onlar bu işi götür-qoy etməlidirlər. Məsələn deyirlər AFFA istefa versin. AFFA istefa edəcək, aparıb məni qoyacaqlar. Ona görə deyirəm ki, futbolu bilən adamlar bu məsələ ilə məşğul olmalıdırlar. I divizyonda oynayır, birinci yeri tutur, gah deyirlər sənin pulun çatmadı, gah da deyirlər uşaq futbolunda çatışmazlıq var, ona görə də səni götürmürük. Təkcə Qəbələdən başqa bütün komandalar Bakıdadır. Heç Sumqayıt da region sayılmır. Qarabağın da adı regiondu, bütün bazası Bakıdadır. Niyə Xəzər-Lənkəran, Kəpəz, Turan olmamalıdır. İnterin adını dəyişib Keşlə qoyanda nə olur ki guya?".

Qeyd edək ki, dünən Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya millisinə 1-5 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1269   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paralimpiya Oyunları başa çatdı: Azərbaycanın medal sıralamasındakı yeri bilindi

Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb. -ın xəbərinə görə, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq"da qərarlaşıb. Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə

5 sentyabr 2021
.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

I MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ

4 sentyabr 2021
.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18 sentyabr 2021