İlqar Muradov: "Heç bir ölkədə bizdəki qədər incəsənətə qayğı göstərilmir" - VİDEO

İlqar Muradov: "Heç bir ölkədə bizdəki qədər incəsənətə qayğı göstərilmir" - VİDEODünyanın heç bir yerində mədəniyyətə və incəsənətə bu qədər dəyər, önəm verilmir. Prezident İlham Əliyevin siyasətinin özəlliklərindən biri də budur. Dövlət başçısı cəmiyyətin bütün sahələri ilə yanaşı, mədəniyyətə də həmişə diqqət göstərir. Azərbaycanda sənət adamları həm maddi, həm mənəvi qayğı ilə əhatə olunublar.

Sonxeber.az xəbər verir ki, dövlətin bu sahəyə verdiyi önəmdən danışan müğənni, yenicə Xalq artisti adına layiq görülən İlqar Muradov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə müsahibəsində fəxri ada layiq görüldüyü üçün ölkə Prezidentinə təşəkkürünü bildirib:

"Mən çox xoşbəxtəm. Çünki doğrudan da xalqın məhəbbətini qazanmışam, mənim ən böyük var-dövlətim odur. İnsanların münasibəti, dövlətimizin qayğısı, münasibəti çox şərəfli, məsuliyyətli, fərəhli və qürurlu bir hissdir. Bundan sonra da mən həmişə xalqımıza, dövlətimizə xidmət edəcəyəm, musiqimizin daha geniş təbliğinə çalışacağam. Heç bir ölkədə bizdəki qədər incəsənətə qayğı göstərilmir. Heydər Əliyev Fondu tərəfindən göstərilən qayğı ən yüksək səviyyədədir. Siz görürsünüz ki, bizim milli musiqimiz dünyada hansı səviyyədə təbliğ olunur. Mən bir daha fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm.

İnanın səmimiyyətimə, 7-8 gün Azərbaycanda olmamışdım. Qayıtdım və dönə-dönə dedim ki, qurban olum ölkəmizə, dövlətimizə ki, bizim üçün belə şərait yaradıb. Bizdə olan bu azadlıq, rahatlıq, inkişaf, gözəllik harda var? Ölkəmizə turist kimi gələn yenə gəlmək istəyir. Bu azadlığı, dövləti hər birimiz sevməli, qorumalıyıq".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1881   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19 aprel
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar