"Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi" - Deputat

"Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi" - Deputat"Hakimiyyətdəkilər bilirdilər ki, ölkəni parçalamaq planını həyata keçirən qüvvələrin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər"
1993-cü ilin əvvəllərindən Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq meyllərinin baş qaldırması dövlətin varlığını ciddi təhlükə altına qoymuşdu. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan 709 saylı hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi.

Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə divarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

O dövrkü hadisələrin canlı şahidi olmuş deputat Fəzail Ağamalı bildirdi ki, əvvəla, Heydər Əliyevin Bakıya dəvət olunmasını xeyli vaxt idi xalq tələb edirdi. Həm Heydər Əliyevin özünə, həm də ölkə hakimiyyətinə 1992-ci ilin payız aylarından etibarən cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müraciətlər ünvanlanırdı. Hər kəs artıq əmin idi ki, ölkəni yaranmış ağır durumdan yalnız Heydər Əliyev xilas edə bilər. Prezident Əbülfəz Elçibəy də xalqın iradəsini və Heydər Əliyevdən başqa heç kimin yaranmış vəziyyəti nizama salmaq imkanının olmadığını nəzərə aldı: "Başda Elçibəy olmaqla, hakimiyyətdəkilər də bilirdilər ki, Azərbaycanda hərc-mərclik yaratmaq istəyən, ölkəni parçalamaq planını həyata keçirən qüvvələrin öhdəsindən yalnız Heydər Əliyev gələ bilər. Ayaz Mütəllibov və Surət Hüseynov birbaşa Rusiyanın adamları idi. Rusiyanın işə saldığı plan sonda Ayaz Mütəllibovu hakimiyyətə gətirmək idi. Azərbaycanın müstəqilliyi ciddi təhlükə altındaydı. Əbülfəz Elçibəy Heydər Əliyevin qanuni şəkildə-parlament yolu ilə hakimiyyətə gəlməsinə imkan verməklə ona tam müstəqil adam kimi hərəkət etməyə şərait yaratdı. Elçibəy tarixi baxımdan ən düzgün seçimi etmişdi. Çünki bu seçim xalqın idi".

Elçibəyin yaxın silahdaşlarından olmuş sabiq deputat İbrahim İbrahimli də hələ 2012-ci ildə "Yeni Müsavat"a açıqlamasında bildirmişdi ki, 1993-cü ildə dünyada, bölgədə baş verən prosesləri, bölgədəki siyasi şərtləri, geosiyasi maraqları nəzərə alanda məlum olur ki, Elçibəyin hakimiyyətini qoruyub saxlamaq mümkün deyildi. Hətta silaha əl atılsaydı, böyük miqyasda zor tətbiq edilsəydi də hakimiyyəti saxlamaq mümkünsüz görünürmüş: "Ortada Gürcüstan nümunəsi var idi. Qamsaxurdiya ciddi şəkildə güc tətbiq etmişdi, silahlı müqavimət göstərmişdi; amma hakimiyyəti saxlaya bilmədi. 4 iyun qiyamından sonra Əbülfəz Elçibəy, milli hakimiyyət çətin seçim qarşısında qalmışdı. Ya hakimiyyət Rusiyanın ssenarisinə uyğun olaraq Ayaz Mütəllibova və ya Surət Hüseynova verilməliydi, ya da Heydər Əliyevə ötürülməliydi. Milli hakimiyyət iki variantdan birini seçməli idi. Belə qənaətə gəlindi ki, Ayaz Mütəllibovdan və Surət Hüseynovdan fərqli olaraq Heydər Əliyev Azərbaycana rus qoşunlarının yenidən gəlməsini, Azərbaycanın rusların himayəsi altında idarə olunmasını qəbul etməyəcək, Azərbaycanın müstəqilliyinə xələl gəlməyəcək, qorunub saxlanacaq. Ona görə də Heydər Əliyevin dəvət olunması variantının üzərində dayanıldı. Faktiki olaraq Rusiyanın Ayaz Mütəllibov və ya Surət Hüseynovu hakimiyyətə gətirmək ssenarisi pozuldu. Bu ssenari həyata keçsəydi, Azərbaycanın müstəqilliyinin ruslar tərəfindən sıradan çıxarılması təhlükəsi real idi. Milli hakimiyyət üçün, Əbülfəz Elçibəy üçün isə hər şeydən vacib məsələ Azərbaycanın müstəqilliyinin qorunub saxlanması idi".

Mənbə: Yeni Müsavat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1984   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021