"İndi bizə manatın 2 dəfə ucuzlaşmasını irad tuturlar" - Əli Əhmədov

"İndi bizə manatın 2 dəfə ucuzlaşmasını irad tuturlar" - Əli ƏhmədovYeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov Qurtuluş günü ilə bağlı keçirilən tədbirdə çıxış edib.

Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ə. Əhmədov bildirib ki, Milli Qurtuluş günü Azərbaycanın tarixində dönüş nöqtəsidir: "Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra hər bir ölkə vətəndaşına məlum olan xaos, anarxiya, müstəqilliyin əldən getməsi təhlükəsi yaranmışdı. Azərbaycan xalqı ölkəmizin düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. 1993-cü ilin 15 iyununda H.Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı. İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, özbaşınalıq aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi, ermənilərin Azərbaycan ərazilərinin dərinliklərinə gəlməsinin qarşısı alındı. Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi böhrandan ölkə çıxa bildi, hakimiyyət böhranı da aradan qaldırıldı. İnsanların çörək növbələrinə durması kimi dəhşətli mənzərə qısa müddətdə aradan qaldırıldı və beləliklə Azərbaycanda sözün həqiqi mənasında normal həyat təmin edilmiş oldu. Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu və ölkədə dərin H.Əliyev islahatları həyata keçirilməyə başlandı.

Bu gün Azərbaycan ən güclü, ən müasir dövlətlər içərisində özünə layiqli yer tutur. Vətəndaşlar özlərini xoşbəxt hesab edirlər ki, müstəqil Azərbaycan vətəndaşlarıdır. Bütün bu uğurlar, nailiyyətlər 26 il bundan əvvəl H. Əliyevin Azərbaycana dönüşünün nəticəsidir. H. Əliyev siyasəti onun vəfatından sonra da uğurla həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir və hesab edirik ki, bu inkişaf uzunmüddətli olacaq və vətəndaşların rifahı daha da yaxşılaşdırılacaq.

İndi bizə manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasını irad tuturlar. O zaman isə inflyasiya 1600 faiz idi, insan yatırdı, səhər duranda görürdü ki, cibindəki pulla dünən aldığı məhsulun heç üçdə birini ala bilmir. Sovet respublikasından qalma zavodlar, müəssisələr məhv edilmişdi. İnsanlar çörək ala bilmək üçün gecədən növbəyə dururdular. Azərbaycan vətəndaşları bu həyatı yaşamağa məcbur edilmişdi. Eyni zamanda, ölkədə separatçı qüvvələr baş qaldırmışdı, Azərbaycanın bütövlüyü sual altında idi. Heydər Əliyev olmasaydı, bu parçalanmanın qarşısını almaq mümkün olmayacaqdı. Ölkə müstəqil olmasına baxmayaraq, o zamankı hakimiyyət nizami ordu yarada bilməmişdi. Silahlı dəstələr ölkənin hər yerinə dağılmışdı, bunlar əhalini qorxu altında yaşamaq üçün edilirdi. Batalyonlar isə sıravi vətəndaşların vətənpərvərlik ruhunda irəli sürdüyü təşəbbüslərinin nəticəsində yaranmışdı. Heydər Əliyevin rəhbərliyi ilə nəinki nizami ordu yaradıldı, hətta Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasına qoşuldu.

Sabitlik, əmin-amanlıq təmin edildi, iqtisadi tənəzzül cilovlandı və illərlə inkişaf etdirildi. Azərbaycanda bugünkü həyatımızın təmin olunmasında, neft strategiyası, Heydər Əliyev strategiyası mühüm rol oynayıb. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra insanların həyatında rifah səviyyəsi yüksəlməyə başladı".

Tədbirin girişində Qurtuluş günündən əvvəlki vəziyyət və Heydər Əliyevin hakimiyyətə dəvət olmasından sonrakı dövrə aid video çarx nümayiş olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1266   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Ermənistanın havadarı olan ölkələr sülh məsələsinin həll olunmamasına çalışırlar" - Politoloq

Ermənistan mətbuatında Nikol Paşinyan bu gün Tavuş marza səfər edəcəyi bildirilib. Ermənistan hökumət səfərin təfərrüatlarını açıqlamayıb. Paşinyanın Azərbaycanla sərhəd olan əraziyə gəlməsinin səbəbi nə ola bilər? Sərhədlərin delimitasiyasına necə təsir göstərə bilər ?. Məsələ ilə bağlı politoloq Tura

18 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart