DTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKT

DTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Xeberman.com və Press-az.com informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.

DTX-nın açıqlamasından bəlli olur ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlamağı razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.

Açıqlamada Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi açıqlanmasa da, onun Facebook səhifəsindəki paylaşımlarından və səfər fotolarından bəlli olur ki, şübhəli şəxs İrana meyilli adam olub.

Hətta onun sosial şəbəkədə paylaşıdığı şəkillərdən tez-tez İrana səfər etdiyi və ya adamlar göndərdiyi, orada İranın dini hakimiyyətinə bağlı şəxslərlə görüşdüyü və görüşdürdüyü bəlli olur.

Həmçinin onun adı ilə bağlı olan müxtəlif səhifələrdə Azərbaycan əleyhinə çağırışlar edilir, dövlətin dinlə bağlı siyasəti pislənilir. Hətta bu şəxs ölkəmizdə reallaşan beynəlxalq tədbirlər ərəfəsində Azərbaycan əleyhinə mövqeyi ilə seçilən İranın "Səhər" kanalına bağlanaraq bu tədbirləri gözdən salmağa çalışır, dövlətimiz əleyhinə fikirlər sələndirir.

Polad Aslanov öz səhifələrində həmçinin Nardaran hadisələrinə görə, həbs olunan "Müsəlman Qardaşları" radikal dini təşkilatın rəhbəri Taleh Bağırzadəyə də simpatiyasını gizlətmir, "Səhər" kanalındakı canlı yayımlarında onun azadlığını tələb edir.

Onun çıxışlarının hazırda İrana sığınaraq Azərbaycan dövlətinə qarşı istifadə olunan "Mübariz Ruhanilər Cəmiyyəti"nin rəhbəri, Azərbaycan vətəndaşı Tövhid İbrahimbəylinin və İran dini hakimiyyətinə bağlı radikal şəxslərin fikirləri ilə eynilik təşkil etməsi Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanları ilə əməkdşalıq etdiyini üzə çıxarır.

Bu məntiqlə yanaşsaq Polad Aslanovun İran xüsus xidmət orqanı ilə anlaşdığını ehtimal etmək olar.

Mənbə: baku.ws

DTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKTDTX-nın həbs etdiyi sayt rəhbəri hansı ölkənin casusudur? - FOTOFAKT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1448   Tarix: 14 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel