Generalın qaynı bəraət aldı

Generalın qaynı bəraət aldıZərərçəkmiş qismində E.Şəkinski tanınır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəhla Hümbətova vəsatət verərək məhkəmə istintaqının yenilənməsi barədə vəsatət verib.

O, müdafiə çıxışında bildirib ki, ittiham əsassızdır və mahiyyəti aydın deyil. O qeyd edib ki, dövlət ittihamçısı çıxışında ittihamı sübutlarla əsaslandırmayıb: "Təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməsi barədə ittiham verilsə də, onun cinayətdə rolunun nədən ibarət olması məlum deyil. F.Yusubun adı yalnız bir yerdə çəkilir ki, G.Şəkinskayanın ölkədən qanunsuz yolla çıxarılması ilə bağlı prosesdə yaxından iştirak edib, yəni xaricdə olsa da, mütəmadi olaraq, internet vasitəsilə ona məsləhətlər verib. Amma iş materiallarında isə bununla bağlı heç bir sübut, telefon və ya internet, sosial şəbəkələr üzərindən danışığı müəyyən olunmayıb.

Dövlət ittihamçısı çıxışında bildirib ki, F.Yusubun ittihamı şahid ifadələri ilə sübuta yetirilib. İş üzrə dindirilən şahidlər isə ifadələrində F.Yusubu, ümumiyyətlə, tanımadıqlarını bildiriblər".

Vəkil əlavə edib ki, zərərçəkmiş şəxsin ibtidai istintaqa ifadələrində kifayət qədər ziddiyyətli məqamlar var və onun məhkəmədə dindirilməsi təmin edilməyib. "Buna görə də onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz", - deyə vəkil bildirib.

Ş.Hümbətova ittihamın sübuta yetirilmədiyini deyərək ona bəraət verilməsini istəyib.

F.Yusub da vəkilinin çıxışını dəstəkləyib.

Hakim müşavirədən sonra məhkəmə istintaqının yenilənməsi barədə vəsatəti təmin etməyib və hökmü elan edib.

Hökmə əsasən, F.Yusubun barəsindəki ittiham sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Həmçinin məhkəmə prosessual pozuntuya yol verdiyinə görə cinayət içinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi barəsində xüsusi qərardad çıxarıb.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında F.Yusubun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

"İnterpol" xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurdu.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.(report.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1618   Tarix: 14 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Buzovnada 3 nəfəri öldürməkdə ittiham edilirdi - Ömürlük həbsi tələb olundu

Buzovna qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə ittiham edilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib. Prokuror N.Səfərovu

26 fevral
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur. Trend xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı

22 fevral
.

Xoşqədəmin verilişində onu axtaran keçmiş arvadını məhkəməyə verdi

Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanları

27 fevral
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart