Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.

Sonxeber.az axşam.az-a istinadən bildirir ki, o, "Facebook" səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib.

"Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən yenə sən məndən üzr gözləmə!!!

Millətin gözündə yalanlarla özünü məhv etmə - mənim tərəfimdən sənə qarşı bu sözlərin, bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Efir ata evi deyil. Çalışdığı məkanın sayəsində qazandığı İctimai nüfuzunu düşünən insan başqasının nüfuzuna əl uzatmaz! Özünü reallıqdan uzaq fantaziyana qurban etmə!

Mənim səni məhkəmələrə çəkmək haqqım səndən çox öncə (təxribatyönlü Pərvanə söhbətində ) başlaya bilərdi. Hə, özəlliklə tövsiyyə edirəm ki, əxlaqına bələd olmadığın insanları namus xonçasında efirə çıxarıb müdafiə etmə. Bakıda hamı hamını yaxşı tanıyır. Sənət adamları ilə də özünü əbəs yerə yaman etmə. Mən bu hadisəni (qondarma Pərvanə hadısəsini) sənə Şamxal müəllimin xətrinə keçdim və peşiman da deyiləm. Kiminsə gücünə qanunları qurban verib rüsvay etmə bu respublikanı!

"Show news"un təkzibi və ikimizin də qarşısında üzrünü xatırlatmaqla sənin şərəf və ləyaqətinin bədəli hesab etdiyin 100 min manatlıq arzularına bu andan son qoydum.

PS. Haqq sahibiyəm!
Məni tutdurmaga qüdrətin çatmaz!
Qalan mənə qarşı bütün cəhdlərdə isə aciz qaldın.
Ali məhkəmədə mənimlə qarşılaşmaga cəsarətin varmı?
Gələndə özünlə iki kub narkoz götürərsən, dərin yuxuya ehtiyacımız ola bilər.
Səndən nə dost kimi dost, nə düşman kimi..." deyə, o, statusunda yazıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir. tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etməsi ilə başlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1633   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel