Bakıda söyüş üstündə bıçaqlaşma - MƏHKƏMƏ
Bakıda tanışını söyüş üstündə bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Adil Qazıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası iyun ayının 25-nə təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Əvvəllər məhkum olunmuş 41 yaşlı Adil Qazıyev tanışı 55 yaşlı Fərzalı Nəsirovla yaşadığı binanın qarşısında mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Dava zamanı Adil Qazıyev Fərzalı Nəsirova bir bıçaq zərbəsi vurub.
Ağır xəsarət alan Fərzalı Nəsirov elə hadisə yerindəcə ölüb. Hadisə ilə bağlı ətrafda olanlar rayon polis idarəsinə məlumat veriblər. Əraziyə çox çəkməyib ki, polis və prokurorluq orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar.
Nizami rayon polis idarəsi 25-ci polis şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Adil Qazıyevi saxlayıb. Saxlanılan Adil Qazıyev törətdiyi əməli etraf eib. O, hadisənin söyüş üstündə törətdiyini bildirib.
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş