Çernobıl əlillərinin mənzil təminatı üçün yeni layihə hazırlanır

Çernobıl əlillərinin mənzil təminatı üçün yeni layihə hazırlanırAzərbaycanda Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov məlumat verib. M. Həsənov bildirib ki, uzun illər idi ki, Çernobil əlillərinin mənzillə təmin olunmasında fasilə yaranmışdı. Yeni sərəncam layihəsindən sonra Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə yanaşı, Çernobıl əlilləri də mənzillə təmin olunacaqlar:

"Azərbaycanda "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanun qəbul olunub. Bu qanunun 6-cı maddəsinin müvafiq bəndində göstərilib ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olarsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququ var. Bu, Çernobıl əlillərinin qanunvericiliklə təsbit olunmuş hüququdur. Qanunda həmin şəxslərin mənzil növbəsinə dayandığı gündən bir il müddətinədək evlə təmin olunması əks olunsa da, həmin vətəndaşlar 26 ildir ki, mənzil növbəsində dayanıblar. Halbuki, illər öncə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri mənzillə təmin olunduqca Çernobıl əlillərinə də mənzil verilirdi. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı.

Nazirliyə yeni təyinatdan sonra bu məsələyə yenidən baxıldı. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bundan sonra Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə mənzillər alınaraq dövlət vəsaiti hesabına verildikcə, Çernobil əlillərinin də mənzillə təminatı nəzərə alınacaq. Məndə olan məlumata görə, Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi yaxın vaxtlarda Prezident Adminstrasiyasına təqdim olunacaq. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıya görə, cənab prezidentimiz İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığımızı bildiririk".

M. Həsənov deyib ki, illər öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 200-dən artıq "Çernobılçı" mənzillə təmin olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1012   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir?

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15 aprel
.

İmtahan nəticələri elan olundu

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) -a verilən məlumata görə, namizədlər imtahanın nəticələri haqqınd

15 aprel
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. xəbər verir ki, aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanı

15 aprel
.

Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq. xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib

15 aprel
.

İcra başçısının birinci müavini və müavini vəzifəsindən getdi (FOTO)

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və müavini işdən çıxıb. -ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və qurumun digər müavini Gülnaz İsrafilova xidmətdə olmağın son yaş həddi ilə əlaqədar olaraq vəzifələrindən azad edilərə

15 aprel
.

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsu

15 aprel
.

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (küll

15 aprel
.

Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT + VİDEO

Vərəm xəstəliyindən əziyyət çəkən şəxs bir aydır ki, "Rifampicin" dərmanını tapa bilmir. Bu barədə kimliyinin bilinməsini istəməyən xəstənin yaxını "Xəzər Xəbər"ə şikayətində deyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəm xəstələri üçün nəzərdə tutulan "Rifampicin"

16 aprel
.

Həbs olunan şəxslərdən götürülən pullar KİMƏ VERİLİR? - AÇIQLAMA

Şübhəli bilinən yaxud təqsirli bilinən şəxslərin üzərindən götürülən maddi vəsaitlər (narkotik, silah-sursat, pul vəsaitləri) istintaq prosesi üçün dəlil olaraq götürülür. Aparılan araşdırmalar nəticəsində həmin vəsaitlər maddi sübut olaraq məhkəməyə təqdim edilir. Lakin ən çox maraqlandıran suallarda

15 aprel