Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edir

Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edirSon zamanlar Ermənistan rəsmilərinin bu ölkənin işğalçı siyasətini açıq bəyan edən çıxışları və hərəkətləri ilə gündəmə gəlir. Ermənistan müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırır. Belə bir şəraitdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn Vaşinqton görüşündən nə gözləmək olar?

Sonxeber.az-ın məlumatına görə, bununla bağlı sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva qeyd edib ki, Ermənistan elə özü münaqişənin guya ki, "Azərbaycanla Dağlıq Qarabağ arasında olması" rəvayətini yox edir.

L.Abdullayeva bildirib ki, bu ölkənin müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir:

"Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır.

Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir. ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir. Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk Qrupun həmsədrlərinin təklif etdiyi kimi iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir".

Vaşinqton görüşündən gözləntiyə gəldikdə isə, XİN rəsmisi bildirib ki, hər bir görüşdən gözlənti əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır:

"Xarici işlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşınqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər. Həmçinin fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi "eksklüziv olaraq sülh yolu ilə həllinə" töhfə verə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1007   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021