Zakir Həsənovdan snayperlərlə bağlı MÜHÜM TAPŞIRIQ

Zakir Həsənovdan snayperlərlə bağlı MÜHÜM TAPŞIRIQİyunun 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ümummilli lideri Heydər Əliyevin və respublikanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Müdafiə naziri 15 iyun - Azərbaycan Xalqının Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin çoxşaxəli fəaliyyətindən və ölkəmiz üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb. Nazir çıxışında xüsusi qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.

Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, ötən ay ərzində görülən işləri, xüsusilə Bakı və Naxçıvanda keçirilən təlimlərin nəticələrini təhlil edərək bildirib ki, ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji vəziyyəti və təminatı yüksək səviyyədədir və bu istiqamətdə planlaşdırılan bütün tədbirlər tam həcmdə yerinə yetirilib.

General-polkovnik Z.Həsənov snayperlərin fəaliyyəti, müdafiənin dayanıqlılığı, maskalanmanın effektiv təşkili, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və düşmən təxribatlarının ehtimal olunduğu istiqamətlərdə onun qarşısının xüsusi qurğu və vasitələrin tətbiqi ilə dərhal və adekvat tədbirlər görməklə alınması ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Havanın hərarətinin yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasını da komandir və rəis heyətinə çatdırıb.


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 7419   Tarix: 15 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Rusiyada keçirilən sorğuda Azərbaycanla bağlı maraqlı nəticə

Daha çox Rusiya vətəndaşı Azərbaycanı öz ölkələrinin yaxın dostu hesab etməyə başlayıb. . . Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Levada" mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir. . . Belə ki, ölkəmizi Rusiyanın yaxın dostları siyahısın

15 iyun 2019

Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər

Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında ötən ilin sentyabrında Düşənbə şəhərində görüş zamanı cəbhə xəttində atəşkəsə əməl olunması barədə razılaşmanı Ermənistan tərəfi artıq tamamilə pozub. Təkcə son 10 gündə baş verənlər bunun sübutudur.. . Azərbaycan ordusunu

15 iyun 2019

Stalin Marşalı niyə güllələdi? — SSRİ-də hərbi çevrilişə cəhd

14 iyun tarixində Pribaltikada kommunist represiyalarının qurbanlarını xatırlayırlar.. . Sonxeber.az "ölkə.az"a istinadla xəbər verir ki, SSRİ dövründə represiyadan müxtəlif xalqlar və millətlər əziyyət çəkiblər və şübhəsiz ki, Azərbaycanda baş verən qanlı represiyalar da ən qəddar qətliamlarda

15 iyun 2019

Ankara İrəvanı küncə sıxır: Türkiyədən Azərbaycana mühüm dəstək

Çavuşoğlu Parisdən ermənilərə səsləndi: "Özünüzə əminsinizsə!.."; Fransa məhkəmələri Qarabağla imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edir, Moskva isə İrəvanı təhdid edir - düşmən həyəcanda; erməni siyasətçi: "Əleyhimizə təhlükəli proseslər gedir...". . Türkiyənin xaric

15 iyun 2019

Melkumyan necə cəzalandırıldı? – erməni Allahverdinin oğlu Dağlıq Qarabağda fitnə-fəsad toxumu səpirmiş

Bəzi erməni araşdırmaçıların qənaətinə görə SSRİ dövründə Azərbaycanın tabeliyində olan Dağlıq Qarabağ Muxtar vilayətinin ən "milli ruhlu" rəhbəri, vilayət partiya komitəsinin birinci katibi Qurgen (atasının adı Allahverdi) Melkumyan olub. O, 1962-1973-cü illərdə vilayətə rəhbərlik edib..

15 iyun 2019

Elçibəyin həyat yoldaşı DƏFN EDİLDİ - FOTO (YENİLƏNDİ)

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında torpağa tapşırılıb.. . ***. . 10:00. . Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır.. . Cənaz

15 iyun 2019

"S-300" və "S-400" zenit raket sistemlərinin yaradıcısı İqor Aşurbəyli: "Qarabağ bizimdir, Azərbaycanındır"

Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300 Favorit" və "S-400 Triumf" zenit raket komplekslərinin yaradıcısı olan azərbaycanlı alim, texnika elmləri doktoru, uzun müddət "Almaz-Antey" hərbi sənaye kompleksinə rəhbərlik edən, ilk kosmik dövlət olan "Asgardia"ı

15 iyun 2019

Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edir

Son zamanlar Ermənistan rəsmilərinin bu ölkənin işğalçı siyasətini açıq bəyan edən çıxışları və hərəkətləri ilə gündəmə gəlir. Ermənistan müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırır. Belə bir şəraitdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıda

15 iyun 2019

İYİ Partiyanın lideri Elçibəyin xanımının vəfatı ilə əlaqədar başsağlığı verib

İYİ Partiyanın lideri Meral Akşener Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə əlaqədar başsağlığı verib.. . Bu barədə Sonxeber.az "report"a istinadla xəbər verir.. . "Türk dünyasının birləşəməsi və qardaşlığı üçün ömrü boyu mübarizə aparmış

15 iyun 2019