Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar - MÜSAHİBƏ

Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar - MÜSAHİBƏAtalarının davamçısı olan iki qardaş - söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot qardaşlar - Qulam və Kamran Balaxanovlardan gedir. Adətən, bir ailədən çıxan uşaqların eyni deyil, fərqli peşələrə sahib olduqlarına şahid oluruq. Bu dəfə isə maraqlı məqamla rastlaşdıq.

Qulam və Kamran Balaxanov qardaşları 1996-cı ildə təyyarənin kabinəsində çəkdirdikləri bu fotonun gələcəkdə onların həyatında önəmli rol oynayacağını ağıllarına belə gətirməzdilər. İllər keçsə də, qardaşların səmaya olan sevgisi tükənməyib.

Oxu.Az "Azərbaycan Hava Yolları"nın (AZAL) gənc pilotları Qulam və Kamran Balaxanov qardaşları ilə müsahibəni təqdim edir:

Qulam Balaxanov 1990, Kamran Balaxanov isə 1991-ci ildə Bakı şəhərində anadan olublar. Orta məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasına daxil olan qardaşlar atalarının peşəsini davam etdirmək üçün mühəndis-pilot fakültəsində təhsil alıblar. Artıq üç ildir ki, "Azərbaycan Hava Yolları"nda pilot kimi fəaliyyət göstərən Balaxanovların bu peşəyə olan marağını öz dillərindən eşidək.

- Necə oldu ki, hər ikiniz pilot olmaq qərarına gəldiniz?

Qulam Balaxanov: Uşaqlıqdan atamızın peşəsinə böyük maraqla yanaşmışıq. İşdən qayıtmağını gözləyirdik ki, ona suallar verək. Atamızı həmişə pilot formasında görmüşük. O, bizim bir növ kumirimiz olub.

Kamran Balaxanov: Qardaşımla tamamilə razıyam. Çünki atam bizim bu sahəyə olan marağımızı görürdü. O, özü də bizə bu işdə kömək edirdi, bizi düzgün istiqamətə yönləndirdi. Nəticəsi isə göz qabağındadır. Atam təhsilimizə olduqca həssas yanaşıb. Bu peşənin bütün incəliklərini öyrənməyimiz üçün əlindən gələni edib.

- Spesifik sahə olması ilə yanaşı, həm də risklidir.

Kamran: Əslində, bütün sahələrdə risk var. Lakin digərləri ilə müqayisədə ən təhlükəsizi elə hava nəqliyyatıdır.

Qulam: Bizim işimizdə eyni ailənin üzvlərinin eyni uçuşda iştirakına icazə verilmir. Hər hansı hadisə baş verərsə, eyni ailənin bir neçə üzvünü riskə atmamaq üçün belə qruplaşdırırlar. Məsələn, qardaşımla mən eyni anda uçuş etmirik.

- Ən uzun məsafəli uçuşunuzda evdən nə qədər uzaq qalmısınız?

Qulam: Elə çətinliyimiz olmur, çünki uçuşlarımız uzunmüddətli deyil. Səhər uçuşumuz varsa, təxminən günün sonunda artıq evdə oluruq.

- Ailəlisinizmi? Ümumiyyətlə, peşəniz ailənizə vaxt ayırmağa mane olmur ki?

Qulam: Ailəliyəm. Xeyr, mənə görə heç bir problem yaratmır. Hər şeyə vaxt ayıra bilirik.

Kamran: Mən subayam (gülür). Düşünürəm ki, gələcəkdə ailə qursam da, vaxt baxımından heç bir problem yaşamaram.

- Yay mövsümündə uçuşların çoxluğu çətinlik yaratmır ki?

Kamran: Yay istirahət mövsümüdür. Bu ərəfədə uçuşlar çox olduğu üçün yorğunluq da olur. Pilotların əksəriyyətində əsas problem yuxusuzluqdur. Qrafik çox olanda belə hal normaldır. Bunun öhdəsindən gəlmək üçün planlaşdırma aparılır.

- Yuxusuz olduğunuz halda uçuş həyata keçirmisiniz?

Kamran: Xeyr, çünki buna icazə yoxdur. Yorğun və yuxulu halda pilotları uçuşa yazmırlar.

Qulam: Əksinə, əgər pilotun sabah uçuşu varsa, hər hansı bir səbəbdən özünü yorğun, yuxulu, halsız hiss edirsə, rəhbərliyə müraciət edir. Bütün bunlar nəzərə alınır və onu növbətçi pilotlardan biri əvəz edir. Amma belə hallar çox nadir hallarda yaşanır. Çünki əgər səhər uçuşumuz varsa, bir gün öncədən bunu nəzərə alaraq kifayət qədər istirahət edirik, yuxumuzu alırıq. Heç bir problem yaşanmır.

Ümumiyyətlə, biz mütəmadi olaraq həkim müayinələrindən keçirik. Bu, birmənalı olaraq hər kəsin riayət etməli olduğu məqamdır. Uçuşa çıxan pilotlar isə həkimlər tərəfindən xüsusilə yoxlanılır. Hər hansı problem olarsa və ya həkimlərin rəyi əsasında uçuş zamanı səhhətində problemlərin yaranma ehtimalı olarsa, həmin pilot uçuşa buraxılmır. Biz heç vaxt belə bir problemlə rastlaşmamışıq.

- Uçuş zamanı qarşılaşdığınız ən mürəkkəb problem hansı olub?

Qulam: Uçuş zamanı yaşanan əsas problemlər hava şəraiti ilə bağlı olur. Biz də bunu daha əvvəldən müşahidə edirik. İki saat öncədən uçuşa hazırlaşırıq. Enmə zamanı güclü külək, zolağın qarla örtülməsi, ildırım kimi problemlər meydana çıxır. Çox nadir hallarda texniki problemlər olur ki, onu da texniki işçilərin köməyi ilə aradan qaldırırıq.

Kamran: Qardaşımla tamamilə razıyam. Hər altı aydan bir pilotlara təlimlər keçirilir. Ehtimal olunan bütün problemlər süni şəkildə yaradılır və həlli yolları izah edilir. Eyni zamanda, təyyarələrin xüsusi yoxlanılma prosesi var.

- Təyyarə havada olarkən mühərrikin sıradan çıxdığı hal olub?

Kamran: Belə bir vəziyyətlə qarşılaşmamışıq. Ümumiyyətlə, bu və ya digər ekstrim vəziyyətlərdən heç kim sığortalanmayıb. Amma xarici ölkələrdə bir mühərriklə təyyarənin heç bir hadisə baş vermədən hava limanına eniş etdiyini eşitmişik. Əgər hava çox küləkli deyilsə, bir mühərriklə təyyarəni endirmək mümkündür. Hətta küləksiz havada hər iki mühərriki dayanmış təyyarəni də yerə yaxın məsafələrdə qəzasız endirmək olar. Bu kimi halları nəzərə alaraq təlimlər zamanı bizə alternativ çıxış yolları öyrədilir.

- Heç sərnişinlərdən biri "bomba həyəcanı" deyərək ajiotaj yaradıb?

Qulam: Yox, heç kim elə risk etməz (gülür). Birincisi, "Azərbaycan Hava Yolları" nəinki sərnişinləri, eləcə də öz əməkdaşlarını ciddi şəkildə yoxlayır və təhlükəsizliyə tam zəmanət verir. Ona görə təyyarə havada ikən belə hadisənin baş verməsi imkansızdır. Gecikmə ola bilər, bunun da hansı səbəbdən olduğu barədə dispetçerə məlumat verilir.

Kamran: Bomba və ya hər hansı partlayıcı maddə ilə bağlı heç nə olmayıb, ola bilməz. Amma bəzən içkili sərnişinlər olur, bir qədər narahatlıq yaradırlar. Bəzən də təzyiq fərqi səbəbindən sərnişinlərin vəziyyəti qısamüddətli pisləşir. Bunun üçün təyyarədə bütün zəruri dərman preparatları mövcuddur. Təyyarə bələdçiləri belə hallarda sərnişinlərə kömək edir.

- Sizi yan-yana pilot geyimində görən əməkdaşlar necə reaksiya verir?

Qulam: Bəzən bu, olduqca maraqlı vəziyyət ala bilir. Bir dəfə atam, qardaşım və mənim eyni gündə fərqli istiqamətlərə uçuşlarımız olmuşdu. Üçümüz də eyni vaxtda hava limanına daxil olanda zarafatca dedilər ki, deyəsən, sizdə evdə heç kim qalmayıb, hamınız gəlmisiniz (gülür).

- Pilotların pensiya yaşı uçuş sayına, yoxsa yaşa görə təyin edilir?

Kamran: Əslində, hər pilot üçün təyyarənin tipindən asılı olaraq uçuş sayı dəyişir. Biz idarə etdiyimiz təyyarədə limit uçuş sayı 30 gün ərzində 100, il ərzində isə 900 saat olmalıdır. Ədalətsizlik olmasın deyə, pilotların uçuş vaxtları tənzimlənir. Hər bir pilotun uçuş saatı onun gecə-gündüz uçuşlarının, enmələrin sayına görə tənzimlənir. 5000 saat uçuş həyata keçirən pilotlar təqaüdə göndərilir.

- Uçuş zamanı quşlar problem yaradır?

Qulam: Bəzən şahin, qartal kimi böyük quşlar təyyarənin pəncərələrinə çırpılır və şüşədə çatlar yaranır. Bəzən də quşlar pərlərin içərisinə daxil olur.

- Bəs təyyarə havaya qalxandan sonra sərnişinlərin pilot kabinəsinə yaxınlaşdığı hallar tez-tez olur?

Qulam: Elə hal olanda buna təyyarə bələdçiləri nəzarət edir. İsrarla təyyarə havada ikən "Mən pilotu görəcəyəm" deyən sərnişin olmayıb (gülür).

Kamran: Sərnişinlər içkili olanda belə hallar olur. Qardaşımın dediyi kimi, belə olanda biz yox, bələdçilər vəziyyəti ələ alır. Hava limanına endikdən sonra isə həmin sərnişin aidiyyəti üzrə aeroportun hüquq-mühafizə orqanlarına təhvil verilir.

- Təyyarə havada olarkən maraqlı hadisə baş veribmi?

Qulam: Maraqlı hadisələr olur. Amma bizim yox, başqa ölkədə belə bir hadisə olmuşdu. Tələbə oğlan təyyarəyə minəndə zarafat məqsədilə yüklərinin arasında bomba olduğunu demişdi. Bütün yoxlamalardan keçməsinə baxmayaraq, sırf o sözə görə həmin sərnişinin bileti ləğv edilib, özü isə təyyarəyə buraxılmamışdı. Araşdırma nəticəsində zarafat olduğu ortaya çıxsa da, aviaşirkət əsassız narahatlıq yaratdığı üçün o sərnişinin adını "qara siyahı"ya salıb. Bu gün də həmin şəxs o aviaşirkətə məxsus təyyarələrdə uça bilmir.
Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar - MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1677   Tarix: 16 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021