Azərbaycan yenə silkələndi
Bu gün Masallı rayonunda zəlzələ olub.
Sonxeber.az Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yerlatı təkanlar yerli vaxtla saat 09:23-də Lənkəran stansiyasından 22 kilometr şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ 17 kilometr dərinlikdə baş verib. Maqnitudası 3,2 olan zəlzələ hiss edilməyib.
Hadisə Baxılıb: 1162 Tarix: 16 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş