Bakıda bu ərazidən qaydaları pozmadan keçmək olmur - VİDEO

Bakıda bu ərazidən qaydaları pozmadan keçmək olmur - VİDEOSürücülər paytaxtın Sabunçu rayonunda "Sabunçu bazarı" kimi tanınan ərazidən qaydaları pozmadan keçə bilmirlər. Buna səbəb yol kənarının park edilən avtomobillər tərəfindən zəbt edilməsidir. Xüsusən də həftə sonları bu mənzərə daha da acınaqlalı olur. Sürücülər qısa məsafədə həm qəza şəraiti ilə üzləşir, həm də qaydaları pozmağa məcbur olurlar.

Ərazidə avtomobillər xaotik formada hərəkət edir. Yolun qırağında 2-3 cərgə saxlanılan avtomobillərin ucbatından sürücülər düz xəttin tələbini pozaraq qarşı hərəkət zolağına çıxmalı olurlar. Hətta ərazidəki dairəyə girmək üçün də qaydaları pozmaq lazımdır.

Sabunçu rayonu Əslidar Məmmədov küçəsi, (3 saylı şəhər klinik xəstəxanasından Sabunçu vağzalına gedən yoldan) "Sabunçu bazarı"nın qarşısında həm bazara gələn avtomobillər, həm də ərazidə taksi fəaliyyəti göstərənlər yolu o qədər daraldıb ki, qaydaları pozmadan buradan keçmək qeyri-mümkündür. Üstəlik, ərazidə, xüsusən də həftə sonları yol kənarında satış edildiyindən yol bir az da daralır. Ərazidən bir neçə marşrut avtobusu da keçdiyindən tıxaclar qaçılmaz olur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat ximətinin rəhbəri Mais Ağayev bildirir ki, belə ərazilərdə səyyar xidmət əməkdaşları tərəfindən qanunsuz parkinqə qarşı mütəmadi olaraq tədbir görülür və gələcəkdə əraziya qanunsuz parkinqə nəzarət üçün kameralar da quraşdırılacaq. Lakin bu kimi yerlərdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı da mübarizə aparılması mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1164   Tarix: 16 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021