Tom Henks mağazanı qarət etdi - VİDEO

Tom Henks mağazanı qarət etdi - VİDEOAmerikalı aktyor Tom Henks "Jimmy Kimmel Live" şousu çərçivəsində bəhsə girərək Los-Ancelesdə mağazalardan birini qarət edib.

Şoudan bir parça "YouTube" sosial şəbəkəsində yerləşdirilib.

Şounun aparıcısı Cimmi Kimmel bildirib ki, T.Henks "hər mənada olduqca gözəl və mükəmməl insandır" və heç zaman qalmaqalların mərkəzində olmayıb.

Aktyora yaxınlıqdakı suvenir mağazasına girib istənilən predmeti oğurlamaq təklif olunub. T.Henks təklifi qəbul edib. Onun qəniməti karton fiqur və bir neçə "Oskar" suveniri olub.

Hollivud ulduzu mağazadan çıxarkən deyib: "Mən Tom Henksəm və bu heykəlləri özümlə aparıram". O, götürdüyü suvenirlərin pulunu daha sonra mühafizəçisi ilə göndərib.

Qeyd edək ki, məşhur aktyor ən yaxşı kişi roluna görə iki dəfə "Oskar" mükafatına ("Forest Qamp"və "Filadelfiya") layiq görülüb./oxu.az

Şou-biznes   Baxılıb: 589   Tarix: 16 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR