"Azərbaycanda aprel müharibəsi ərəfəsindəki vəziyyətdir"

"Azərbaycanda aprel müharibəsi ərəfəsindəki vəziyyətdir"Qarabağda təmas xətti boyu vəziyyət gərginləşməkdədir və bu prosesi başladan Ermənistan silahlı qüvvələridir. Erməni tərəfinin təcavüzkar əməllərinə hələlik Azərbaycan tərəfi "mülayim" cavablar verməkdədir və belə görünür ki, rəsmi Bakı uzun müddətdən bəri ilk dəfə ABŞ-da baş tutacaq danışıqlar ərəfəsində mümkün qədər təmkinli davranmağa, bu danışıqlara şans yaratmağa çalışır.

Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın günlərdə Vaşinqtonda görüşəcəklər. Daha sonra isə iki ölkə rəhbərlərinin Vaşinqtonda görüşü gözlənilir. Bu, uzun illərdən bəri Vaşinqtonun danışıqlar prosesində ilk birbaşa təşəbbüsü hesab edilə bilər, hərçənd analitiklər Rusiyanın prosesə güclü təsir imkanlarının qaldığı , Vaşinqtonla Moskva arasında sərt geosiyasi qarşıdurma yaşandığı bir vaxtda bu təşəbbüsün hansısa dönüşə səbəb olacağına inanmırlar.

Ermənistanda isə hesab edirlər ki, Azərbaycan danışıqlara inanmır və münaqişənin həllinin ancaq hərbi yolla mümkün olduğunu hesab edir. Və bu varianta hazırlıq görür.

Virtualaz.org xəbər verir ki, belə qənaətlə erməni hərbi ekspert Ayk Nahapetyan Yerevanda jurnalsistlərlə söhbətində çıxış edib. Nahapetyan bu fakta diqqət yetirib ki, Azərbaycan bu il planlaşdırıldığı kimi 7 deyil, 13 hərbi təlim keçirəcək. Üstəlik Azərbaycanın NATO və Türkiyə ilə hərbi sahədə təmasları intensivləşib, təmas xəttində atışmalar güclənib.

Nahapetyanın fikrincə eynilə bu cür situasiya 2016-cı ilin qış aylarında da yaranmışdı, sonra isə apreldə müharibə başladı. Hərçənd erməni ekspert Azərbaycanın hərbi əməliyyatlara başlayacağına tam əmin olmadığını da qeyd edib.

Eyni zamanda o əlavə edib ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında münasibətlərin gərgin olması Azərbaycanın əlinə oynayır. Çünki belə qarşıdurma Ermənistandakı birliyə zərər vurur, erməni xalqı isə "ancaq bir olanda qalib gələ bilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1800   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021