Gecə aeroport yolunda "KİA" yandı - VİDEO

Gecə aeroport yolunda "KİA" yandı - VİDEOBakıda hərəkətdə olan minik avtomobili qəfildən yanıb.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə aeroport yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışmağa başlayıb.

Avtomobili yolun kənarında saxlayan sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, avotomobilə ziyan dəyib.

Hadisə   Baxılıb: 637   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR