Bakıda bıçaqlanma kameraya düşdü - VİDEO

Bakıda bıçaqlanma kameraya düşdü - VİDEOOxu.Az iyunun 14-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin videogörüntüsünü əldə edib.

İnsident nəticəsində 1995-ci il təvəllüdlü yerli sakin Ağayev İsmayıl Şirvan oğlu ağır yaralanıb.

Artıq insidentin bəzi təfsilatları məlum olub. Bu barədə Oxu.Az-a zərərçəkənin qardaşı İslam Ağayev açıqlama verib.

Onun sözlərinə görə, bundan əvvəl yerli KİV-də İsmayıl Ağayevin öz qardaşı tərəfindən bıçaqlandığı və birincinin ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıldığı barədə məlumat verilir. Lakin bu informasiya həqiqəti əks etdirmir. Belə ki, İsmayıl Ağayevi qardaşı yox, tanışı yaralayıb. Tanışı aralarında düşən dava əsnasında ona biri qarın nahiyəsinə olmaqla dörd bıçaq xəsarəti yetirib. Cinayətkar hadisəni törətdikdən sonra ərazidən qaçıb.

"Bizim şübhəlinin saxlanılıb-saxlanılmaması barədə hər hansı məlumatımız yoxdur. Polisə şikayət etməmişik, qoy qardaşım özü qərar versin. Həkimlərin dediyinə görə, hazırda vəziyyəti sabitdir. Onu bu gün reanimasiyadan palataya köçürəcəklər", - İslam Ağayev bildirib.

İddiaya görə, tərəflər arasında dava İsmayıl Ağayevin öz dostunun müdafiəsinə qalxmasına görə düşüb. Gecə yaşanan qarşıdurma "Limon" mağazasının müşahidə kamerasının obyektivinə tuş gəlib. Kadrlarda cinayətkarın hadisə yerini tərk etdiyini və bir müddət sonra yoldan keçən avtomobillərdən birinin qan içində olan İ.Ağayevin yanında saxladığını görmək olur. Ancaq sürücü ilkin yardım göstərməyib və yoluna davam edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1029   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021