Pul yığmaq üçün – 9 SINANMIŞ ÜSUL

Pul yığmaq üçün – 9 SINANMIŞ ÜSULTutaq ki, əlavə pulunuz var. Bu pulla nə edərdiniz? Kreditləri bağlayarsınız, ehtiyat üçün kənara qoyarsınız, yoxsa, istirahətə gedərsiniz?

Verəcəyiniz cavabdan asılı olmayaraq bilməlisiz ki, pulları qənaətlə xərcləmək və həmişə ehtiyat üçün kənara pul qoymaq lazımdır. Əgər pul yığa bilmirsinizsə, aşağıda göstərilən 9 sınanamış üçulun birindən istifadə edə bilərsiniz.

Əgər 52 həftə davam gətirə bilsəniz, il ərzində yaxşıca pul toplamış olacaqsız. Məsləhətdir ki, bu vəsaitləri əlavə edilə bilən bank əmanəti hesabına və ya qalığa faiz hesablayan bank kartına yatırasınız.

Eləcə də bax: 1 milyon sərvət toplamaq üçün - GÜNLÜK HƏDƏFLƏR

1. Sadə 52 həftəlik üsul
Bu üsulun məğzi ondan ibarətdir ki, hər həftə müəyyən məbləğdə pul kənara qoyulur, və ayrılan məbləğ hər həftə artır. Məsələn, birinci həftəni 1 manatla başlayın. Daha sonra hər həftə həmin məbləğə 1 manat da əlavə edin. Yəni ikinci həftə 2 manat, 3-cü həftə 3 manat və sair. Bu hesabla ilin sonnucu həftəsində kənara qoyulan pulun məbləği 52 manat olacaq. Beləliklə, bir il ərzində 1378 manat pul toplaya bilərsiniz.

2. İkiqat 52 həftəlik üsul
Əgər birinci üsul sizə sadə, yəni məsələn məbləğ az görünsə, məbləği iki dəfə artırın. Yəni birinci həftəni 2 manatla başlayıb, hər həftə məbləği 2 manat artırın. Nəticədə 52-ci həftədə siz kənara 104 manat qoya biləcəksiniz. Bu üsulla il ərzində topladığınız məbləğ isə 2 756 manat olacaq. Necə deyərlər, bu daha ciddi məbləğdir.

3. Mini 52 həftəlik üsul
Tutak ki, gəlirləriniz olduqca azdır və yuxarıda sadalanan iki variant sizim üçün uyğun deyil. O zaman daha sadə olan "mini" üsuldan istifadə edə bilərsiniz. Yəni həftədə 50 qəpik ayırın. Ayrılan məbləğ isə hər həftə 50 qəpik artsın, yəni 2-ci həftə 1 manat, 3-cü həftə 1,5 manat və sair. Nəticədə siz sonuncu həftə hesaba 26 manat yatırmalı olacaqsınız. İl ərzində topladığınız məbləğ isə 689 manat olacaq.

4. Əksinə 52 həftəlik üsul
Əgər pul yığmağa həvəsiniz varsa, fərqli üsuldan da istifadə etmək olar. Yəni əvvəlcə böyük məbləğdən başlayıb hər həftə məbləği azaltmaq. Bunun üçün cibinizə uyğun məbləğ seçin və ehtiyata ayırdığınız pulun məbləğini hər həftə bir qədər azaldın. Məsələn, 52 manatdan başlaya bilərsiniz, hər həftə bu məbləği 1 manat azaldın. Yəni ikinci həftə 51 manat, 3-cü həftə 50 manat kənara ayırırsınız. Nəticədə siz sonunc həftə cəmi 1 manat ödəyəcəksiniz, il ərzində yığdığınız məbləğ isə 1378 manat olacaq.

5. Daha çevik 52 həftəlik üsul
Bud ha çevik üsuldur, məğzi ondan ibarətdir ki, əvvəlki üsullarda olduğu kimi, yığımlar sərt qrafiklə və məbləğlərdə deyil, daha sərbəst seçilə bilər. Məsələn, bir həftə kənara 20 manat, digər həftə 5-6 manat yatıra bilərsiniz. Bir şərtlə ki, eyni məbləği iki dəfə istifadə etmək olmaz. Nəticədə siz yenə də il ərzində kənara təqribən 1400-1500 manat toplaya biləcəksiniz.

6. 365 günlük yığım üsulu
Əvvəlki üsullarda pulu hər həftə toplamaq lazım gəlirdisə, bu üsulda hər gün pul yığmaq tələb olunur. Sizə uyğun olan ən kiçik məbləğdən başlamaq olar. Belə ki, ilk gün cəmi 20 qəpiklə başlamaq olar. Sabahı gün 40 qəpik, daha sonra 60 qəpik və sair. Bu hesabla birinci ayın sonuncu günü siz kənara 6 manat qoymalı olacaqsiniz. 365-ci gün isə bu məbləğ 73 manat təşkil edəcək. Bu hesabla il ərzinə 14 min manata yaxın pul toplamaq olar. Amma xüsusilə sonuncu aylar hər gün kənara 50-60-70 manat yatıra biləcəksinizmi? Gücünüz satmırsa, gündə 10 qəpiklə başlayın, bu zaman bütün məbləğlər 2 dəfə az olacaq, son yığım isə 7 min manat təşkil edəcək.

7. Hər iki həftə toplamaq
Bəzi insanlar ay ərzində iki dəfə pul alırlar. Bu üsulda avans alanda və əməhaqqı alan zaman ehtiyata pul ayırmağınız tələb olunur. Misal olaraq ehtiyata 4 manatdan başlaya bilərsiz. Daha sonar hər iki həftə üçün məbləği elə bu qədər artıra bilərsiniz. Bu üsul nəticəsində ilin sonuna azı 1400 manat toplamış olacaqsınız.

8. Aylıq pul toplamaq üsulu
Əgər sizə ay ərzində bir dəfə ehtiyata pul ayırmaq uyğundursa, o zaman özünüz üçün start məbləği təyin edin və hər ay əməkhaqqı aldığınız zaman bu məbləği kənara qoyun. Məsələn, ayda 20 manatdan başlayın, hər ay məbləği 20 manat da artırın. Bu hesabla 1 ili ərzində 1 560 manat toplamış olarıq.

9. Pul xərcləməmək üsulu
Çalışın, bir neçə gün ərzində ümumiyyətlə pul xərcləməyin, qənaət etdiyiniz pulları kənara qoyun. Pul xərclənməyən müddəti artırmaq və özünüzə qaydalar qoymaq olar. Bu qaydalara görə. Siz yalnız vacib sahələrə pul ayırırsınız. Eyni zamanda, özünüzə xərclə bağlı qadağalar qoyursunuz. Misal üçün bir ay yeni geyim almırsınız və ya biznes lança getmirsiniz. Qənaət edilən pulları kənara toplayıb daha səmərəli istifadə etmək olar.

Mənbə: fed.az

Sosial   Baxılıb: 3044   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR