Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri açıqlanıb

Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri açıqlanıbAzərbaycanda son illərdə yeni doğulmuşlar arasında ölüm əmsalı təxminən 10 promilledir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u dünyasını dəyişir.

Sonxeber.az-ın məlumatına görə, Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Uşaq ölümlərinin sayının əvvəlki illərə nisbətən azaldığını deyən R.Hüseynov bildirib ki, hər bir uşaq ölümü faktı araşdırılır.

Onun sözlərinə görə, dünyasını dəyişən yeni doğulmuşların çoxu vaxtından əvvəl doğulan uşaqlar olur: "Doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya) yeni doğulmuşların ölümünə səbəb olan xəstəliklər arasında çox az faiz təşkil edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır".

R.Hüseynov qeyd edib ki, yeni doğulmuşların ölümlərinin ikinci əsas səbəbi uşağın ana bətnində infeksiyalara yoluxması və sonradan yaranan septiki proseslər, uşaqlarda həyatla uyğunlaşmayan daxili orqan və sistemlərin qüsurlarıdır.

Baş neonatoloqun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı 20-30 il əvvəllə müqayisədə çox azalaraq hazırda cüzi faiz təşkil edir: "Ancaq asfiksiya, vaxtından əvvəl doğulma və sepsiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər hələ də qalıb".

R.Hüseynov qeyd edib ki, 2015-ci ilin 1 yanvarından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya standartlarına uyğun yeni diridoğulma meyarlarının tətbiqi nəticəsində çəkisi 500-1000 qramdan çox olan, ekstremal çəkili 260 uşaq dünyaya gələn uşaqların 97-nin həyatını xilas etmək mümkün olub: "Yeni diridoğulma meyarlarına keçidlə əlaqədar ötən il Azərbaycanda uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Amma MDB ölkələrində bu meyarların yeni tətbiq olunduğu ilk illərdə uşaq ölümü göstəricisi 20-40 faiz artmışdı. Azərbaycan dünyada bu meyarlara keçən ilk ölkələrdən olmasa da, keçid dövrünə daha yaxşı hazırlıq işləri aparıldı. Buna görə də Azərbaycanda uşaq ölümlərinin sayının 0,8 faiz artması çox yaxşı göstəricidir. Yeni meyarlara keçid o demək deyil ki, əvvəlki illərdə az çəkili uşaqları müalicə etmirdik. Sadəcə, onlar ümumi statistikaya yeni doğulmuş uşaq kimi daxil edilmirdi, buna görə də onların uşaq ölümlərinin statistikasına təsiri yox idi".

Baş neonatoloqun sözlərinə görə, bəzi hallarda yeni doğulmuşların ölümünə həkim səhlənkarlığının səbəb olduğu iddia edilir, "körpəyə həkim yaxşı baxmadı, ona görə öldü" kimi şikayətlər edilir.

Lakin R.Hüseynovun fikrincə, bu ölümlərə həkim səhlənlənkarlığı deyil, həkimlərin istənilən səviyyədə peşəkar olmaması səbəb ola bilər: "Yaxud da ola bilər ki, həkim müasir texnologiyalarla dərindən tanış olmur, problemlər də bunlardan yaranır. Buna görə də SN tərəfindən həkimlərin təkmilləşdirilməsi üçün daim iş aparılır".

R.Hüseynov qeyd edib ki, əhali bəzi xəstəliklərinin müalicəsinin, xüsusilə ekstremal, az çəki ilə doğulan uşaqlarda rastlaşılan bəzi problemlərin həllinin mümkünsüz olduğunu da başa düşməlidir. Digər tərəfdən, xəstənin valideynlərinin də həkimə inamı olmalıdır.

Azərbaycanda həkimlərə inamın xeyli azalmasına təəssüflənən baş neonatoloqun sözlərinə görə, regionlardakı həkimlərə inam olmadığından uşağında ciddi problem olmayan valideyn də onu Bakıya gətirmək istəyir: "Bu isə uşağın yaşamaq şansını daha da azaldır. Başa düşmürlər ki, yeni doğulan körpənin 200-300 km məsafədə hətta xüsusi nəqliyyatla belə Bakıya gətirilməsi uşağın sağlamlığına çox pis təsir edə bilər. Bu, uşağın yaşamaq şansını azaldır. Belə uşaqlar rayonda qalsaydılar, onların yaşamaq şansı bəlkə də daha çox olardı. Çox təəssüf ki, neonatalogiya sahəsində əsas problemlərimizdən biri budur. Amma bunlar həll olunan problemlərdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1506   Tarix: 22 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel